MM Prezident və Birinci vitse-prezidentə Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb
17-okt, 12:58 93 Gündəm / SiyasətMilli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
“Report”un xəbərinə görə, müvafiq təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:
“Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.