Cəbrayılın üç məntəqəsinin və Xudafərin körpüsünün işğaldan azad edilməsindən üç il keçir


Bu gün Azərbaycanın bir neçə yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsindən üç il keçir.
Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl istiqamətində yeni qələbələr qazanıb.
Belə ki, oktyabrın 18-də Cəbrayılın Hacılı, Hacı İsaqlı kəndləri və Xudafərin qəsəbəsi işğaldan təmizlənib.
Həmin gün Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.