Mikayıl Cabbarov: “100-cü ildönümünü qeyd edən qardaş Türkiyənin sevincinə qoşuluruq”
29-okt, 14:08 98 Gündəm / Siyasətİqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə paylaşım edib.
Bu barədə nazir “X” sosial şəbəkə platformasında yazıb.
“100-cü ildönümünü qeyd edən qardaş Türkiyənin sevincinə qoşuluruq. Şərəfli tarix yolu keçmiş Türkiyə dünyada mühüm mövqeyə malik, nüfuzlu və qüdrətli dövlətdir”, - deyə Mikayıl Cabbarov qeyd edib.