Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
01-noy, 10:25 128 Gündəm / SosialBu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ədalət mühakiməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. Sonra hakimlər tərəfindən təqdim olunmuş təkliflər müzakirəyə çıxarılıb.
İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb.
Daha sonra iclasda təqaüdə yola salınan hakim uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif edilib.