Rəsmi İrəvan: “Delimitasiya üzrə komissiyalar Qazaxda görüşəcəklər”
29-noy, 14:07 103 Gündəm / SiyasətAzərbaycan və Ermənistan baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını Qazaxda müzakirə edəcəklər.
Bu barədə Ermənistan baş nazirinin müavinin ofisi məlumat yayıb.
Bildirilib ki, baş nazirin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş noyabrın 30-da baş tutacaq.
Görüş Qazax-İcevan sərhədində olacaq.