Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxub


Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.
Bunu “Report”a açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib.
O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.
“Onların əksəriyyəti də beş yaşadək olan körpələrdir. Əməkdaşlarımızdan iki nəfəri hazırda xəstəxanadadır”, - o vurğulayıb.