YASAMAL DYP-i "AT OYNADIR"? - İDDİA

"UlusesTV.az" internet televizyasına daxil olan şikayəti olduğu kimi sizə təqdim edirik: 01 dekabr 2023-cu il tarixdə Yasamal ərazisində Əfsanə kafe qarşısındakı yolda 99-YP-228 Yasamal YPX xidməti maşınında Adil adlı polis əməkdaşı idarə etdiyim 99-FK-057 dqn mersedes e350 markalı maşını saxlayaraq "rəisin gostərisi var avtoxuliqanlıq etmisən yüksək sürətlə sürmüsən" deyib saxladı. "Maşını cərimə meydanına aparmamaq üçün 600 manat yerində ver həll edim" dedi. Ona pulumun olmadığını maşını niyə apardığını dedikdə post patrul cağıraram səni sutkalayaram dedi. Daha sonra maşın cərimə meydanına aparıldı. Novbəti günlərdə Yasamal YPX inzibati binasında 5 və 10-cu otaqlarda oldum. Məndən 600 manat verməyimi təlıb etdilər. "Pulum yoxdu, işi məhkəmə verin sübut edin" dedikdə gözləmıyimi və məhkəməyə çıxaracaqlarını deyərək gözlətdilər. Günlərlə səhərdən axsama kimi gözlətsələrdə mənim nə izahatımı alan oldu, nə də məhkəməyə çıxardan. Hazırda maşın cərimə meydançasındadı.
Vətəndaşlardan öyrəndiyim məlumata görə Adil adlı Yasamal YPX əməkdaşı maşınları avtoxuliqanlıq adı ilə saxlayıb qanunsuz rüsvət tələb edir. Vətəndaş pul vermədiyi halda saxta 2 şahid ifadəsi yazdıraraq hadisəni sənədləşdirir. Bakı şəhərinin mərkəzi yolunda kameralar olduğu halda kamera gorüntüsü ilə niyə sübut olunmur?
Qanun pozuntusuna yol verən YasamalYPX xidmətinin rəisi Mamed, Adil və digər əməkaşları barəsində tədbir gorülməsini istəyirəm.
Qarşı tərəfin mövqeyini tanıyırıq və dərc etməyə hazırıq.