Reanimasiyaya yerləşdirilən bloqer Asyanın vəziyyəti ağırlaşdı
18-dek, 10:30 91 Gündəm / SosialBu barədə onun dostu bloqer Ramal İsayev məlumat yayıb.
O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.
“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.
Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.