DAYAQ təşkilatı həmrəylik və vəkillər günü ilə bağlı təltif etmə mərasimi keçirdi.
27-dek, 17:49 204 Gündəm / Cəmiyyət / SosialDayaq Vətən Müharibəsi Əlilərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İydə Parfum, Konor İnşaatın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində dünya Azərbaycanlılarının həmrəylik günü və vəkillər günü ilə bağlı şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin hüquqlarının müdafiəsi sahəsində xüsusi xidmətlərinə görə vəkillərin təltif edilməsi mərasimi keçirilib.
Təltif edilmə mərasimində Millət Vəkilləri, vəkillər, şəhid ailələri, qazilər, İctimai-siyasi fəal şəxslər iştirak edərək çıxış ediblər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində gördüyü uğurlu fəaliyyətdən söz açdılar. Bildirdilər ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinə daima diqqət və qayğı ilə yanaşıb.
Natiqlər qeyd etdilər ki, ulu öndərin əsasını qoyduğu hüquqi, sosial siyasət kursu müzəffər Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Tədbirlə bağlı Dayaq Vətən Müharibəsi Əlilərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev zəngin və çoxşaxəli fəaliyyətində hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət hər zaman ön planda olub.
Dahi lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinə hüquqi problemlərinin aradan qaldırılması, sosial problemlərinin həllinə xüsusi diqqət göstərib.