Azərbaycan ilə əməkdaşlıqdakı sirr: İki güc birləşir
14-yan, 12:02 106 Gündəm / SiyasətBu həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycanda səfərdə olub, Bakıda dövlət başçısı İlham Əliyevlə görüşüb.
BƏƏ Prezidentinin Azərbaycana ilk səfəri rəsmi Bakının genişlənən xarici siyasəti fonunda diqqət çəkir. Bu siyasətin istiqamətlərində Körfəz ölkələri ilə əməkdaşlıqda diqqət çəkən perspektiv layihələrin işlənib-hazırlanması prosesi də yer alır.
Bu mənada BƏƏ Prezidentinin Azərbaycana səfərinin hansı nəticələrə hədəfləndiyini təyin edən izlərə düşərkən ikitərəfli münasibətlərin strateji məqsədlərdəki yerinə diqqət etmək faydalıdır.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:
İki regional güc
Şiddətlənən beynəlxalq və regional siyasi qütbləşmələr fonunda Azərbaycan və BƏƏ yerləşdiyi müvafiq regionlarda öz profillərini qaldırmağı bacarıblar.
Qütbləşmə arasında sıxılan və çətin seçimlər qarşısında qalan dövlətlərdən fərqli olaraq, Azərbaycan və BƏƏ toqquşmaların təsirlərindən sığortalanmaq üçün strateji müdafiə siyasətinə malikdir.
Deməli, ilk olaraq bu amil nəzərdə saxlanılmalıdır – Cənubi Qafqazın oyunçusu Azərbaycanla Körfəz ölkələrinin aktoru BƏƏ “eyni cəbhədə” birləşir. Bu birlik modeli daha geniş regional münaqişələrdən sığortalanmaq üçün iqtisadi-ticari platformaların inkişaf etdirilməsi potensiallarını yoxlamağa xidmət edir. BƏƏ-nin strateji tutumu ilə bağlı ümumi mənzərəni ifadə edəcək təsvirlər verdikdən sonra Azərbaycanla əlaqələrin dinamikasında hansı irəliləyişlər ola biləcəyi aydınlaşa bilər.
BƏƏ-nin qlobal səhnədəki təsir gücü
Belə ki, BƏƏ çoxşaxəli qlobal mənzərədə inkişaf etmək qabiliyyətinə görə diqqət çəkir. Ölkənin Afrika, Asiya və Avropanın kəsişməsində yerləşən strateji coğrafi mövqeyi ona mühüm ticarət mərkəzi kimi özünü göstərməyə imkan verib. BƏƏ yaxşı iqtisadi idarəçiliyə və texnokratiyaya üstünlük verərək, öz rolunu daha da möhkəmləndirir.
BƏƏ əhalisinin az olmasına baxmayaraq, zəngin neft ehtiyatlarına görə əhəmiyyətli təsir gücünə malikdir. Nüfuzlu “The Economist” nəşrinin qənaətincə, bu sərvət ölkəyə qlobal səhnəyə ölçüsündən daha böyük təsir göstərməyə imkan verir. Ancaq BƏƏ-nin geosiyasi mövqeyi mürəkkəbdir, siyasi və iqtisadi bölgülər içərisindədir. Ölkə ABŞ ilə sıx müttəfiqliyini qoruyub saxlasa da, daha çox Çinlə ticarətə arxalanır. Bununla belə, BƏƏ Yaxın Şərqdə davam edən münaqişələr və qlobal güc mübarizələrinə rəğmən çiçəklənməyə davam edir.
Azərbaycan ilə əməkdaşlıqdakı sirr
BƏƏ Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında enerji tərəfdaşlığını gücləndirən sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, BƏƏ Azərbaycanın dünya siyasi-iqtisadi səhnəsinə yeni elementlərlə daxil olması imkanlarını gücləndirəcək investisiyaların həcmini genişləndirir. Bu, Azərbaycanın güc mərkəzləri arasındakı manevrlərini genişləndirən “yaşıl enerji” potensialına böyük töhfə kimi başa düşülməlidir. Səfər zamanı enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutan sənədlərin imzalanması belə deməyə əsas verir.
Hər iki ölkə güclərini və potensiallarını eyni ip üzərinə çıxararaq suverenlik prinsiplərini müdafiə edəcək qarşılıqlı mexanizmləri ərsəyə gətirməyi hədəfləyir. Bu, qarşılıqlı milli və regional maraqlara əsaslanan çoxsaylı əlaqələr qura bilmək qabiliyyətlərini inkişaf etdirəcək və qloballaşmanın formatlanmasındakı güclü yerini müəyyənləşdirəcək.
Deməli, Azərbaycanla BƏƏ dünya və regional nizamda ikitərəfli münasibətlərin ağırlıq mərkəzini iqtisadi-energetika sahəsində yaradaraq gələcək strateji niyyətləri formalaşdırırlar.
“Zəngəzur”a töhfə
Bu nöqtədə yaxınmüddətli və uzunmüddətli strateji konturları cızacaq Zəngəzur dəhlizi layihəsinə BƏƏ-nin hansı formada dəstək verəcəyi məsələsi gündəmə gəlir. Düzdür, bununla əlaqədar BƏƏ-dən konkret bəyanatlar səslənmir, lakin onu göstərəcək başqa ipuclarını Körfəz ölkəsinin diqqət yetirdiyi kursda tapmaq olar. BƏƏ-nin iqtisadi və diplomatik fəaliyyəti iqtisadiyyatlar arasında ticarətin regiondan maneəsiz şəkildə keçməsinə imkan verən dəhlizlərin inkişafına əsaslanır. Zəngəzur dəhlizi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində yüksək dinamikanı əbədiləşdirən faktora çevrilir ki, bu da BƏƏ-nin maraqları kontekstində qiymətlidir. “Gulf State Analytics”in yazdığına görə, BƏƏ onun strateji baxışlarına uyğun gələn geosiyasi və geoiqtisadi məqsədlərə nail olmaq strategiyalarına əsaslanaraq, özünü Mərkəzi Asiyanın gələcəyinə yerləşdirmək üçün fürsət axtarır. Bu məqsədlərə Xəzər dənizində inkişaf etməkdə olan infrastruktur dəhlizlərinə, limanlara investisiyalar qoymaqla çatmağa çalışır. Əsasən də Qazaxıstan və Türkmənistanda. BƏƏ-nin Türk Dövlətləri Təşkilatında təmsil olunan Qazaxıstan və Türkmənistana (müşahidəçi qismindədir) diqqət yetirməsi onun maraqlarını Azərbaycana doğru da itələyərək nəhəng geosiyasi məna kəsb edir.