Əməkdar Müəllim Rəşid Mahmudov Və Loqoped-Defektoloq Xavər Abdullayeva Ağsu Tədris Mərkəzində Vətəndaşları Qəbul Edəcək – Tibbi AKSİYA
22-yan, 13:11 206 Gündəm / Cəmiyyət
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Rəşid Mahmudov və Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasının təsisçisi, tanınmış loqoped-defektoloq Xavər Abdullayeva Fevralın 5-də Ağsu rayonunda yerləşən Ağsu Tədris Mərkəzində vətəndaşları qəbul edəcəklər.
Xəbəral.az xəbər verir ki, tibbi müayinə aksiyası Səlis Danışıq, Nitq və Psixologiya Akademiyası və Ağsu Tədris Mərkəzi tərəfindən təşkil olunur.
Qeyd edək ki, fizioloq Rəşid Mahmudov autizm, əqli inkişafın ləngiməsi, ağır nitq qüsuru olan alaliya, nitq inkişafındakı geriləmə, eləcə də revmatizim, onurğada olan yırtığların müalicə və müayinəsi ilə məşğuldur.


Qəbula yazılmağa tələsin!
Xəbəral.az





