Azərbaycan Premyer Liqası: XXII tur üç oyunla başa çatacaq


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.
“Report” xəbər verir ki, son olaraq üç qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Meydan sahibləri 26 xalla 8-ci, qonaqlar 15 xalla sonuncu pillədə qərarlaşıblar.
Çempionatda ardıcıl 8 matçda qələbə qazana bilməyən “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. Görüş bu gün saat 17:15-də start götürəcək. Paytaxt klubu 31 xalla dördüncü, “gənclik şəhəri” təmsilçisi 34 xalla ikincidir.
Tura “Araz-Naxçıvan” - “Neftçi” oyunu ilə yekun vurulacaq. Bu matçın start fiti saat 19:30-da səslənəcək. Naxçıvan klubu 27 xalla yeddinci, “ağ-qaralar” 32 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
XXII tur
13 fevral
15:00. “Turan Tovuz” - “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu
17:15. “Zirə” - “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İK stadionu
19:30. “Araz-Naxçıvan” - “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Dalğa Arena”
Qeyd edək ki, turun əvvəlki matçında “Səbail” “Kəpəz”ə qalib gəlib - 4:1. “Qarabağ” - “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.