Bayden: “Konqres yardımı nəzərdən keçirərkən, Ukrayna daha çox şəhərini itirə bilər”
18-fev, 11:07 129 Gündəm / Siyasət / DünyaABŞ prezidenti Co Bayden Ukrayna üçün mübarizə aparacağını söyləyib.
O bildirib ki, ABŞ Konqresi Ukraynaya yardımı nəzərdən keçirdiyi bir zamanda, ölkə daha çox şəhərini itirə bilər.
Bayden deyib ki, o, Kiyevi maliyyələşdirmək üçün Konqreslə yeni vəsaitlərin ayrılması üzrə aparılan danışıqların uğurlu olacağına inanır. Lakin o vaxta qədər Rusiyanın Ukraynada daha çox şəhəri öz nəzarətinə ala biləcəyindən narahatdır.
“Xeyr, əmin deyiləm. Heç kim də əmin ola bilməz ki, bu müddət ərzində Rusiya Ukraynada yeni şəhərlər ələ keçirməyəcək. Ona görə də mən Ukraynaya lazım olan sursatların alınması üçün mübarizə aparacağam”, - deyə ABŞ Prezidenti bəyan edib.
Mənbə: mk.ru