General nazir müavini təyin edildi
25-fev, 11:57 81 Gündəm / Siyasət![](/uploads/posts/2024-02/1708847825_2.jpg)
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra bu vəzifə boş idi.