XİN: “Xocalı soyqırımı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti idi”


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, paylaşımda deyilir:
“Ermənistanın Xocalıda törətdiyi ən böyük qırğından 32 il ötür. Qırğın zamanı şəhid olanları ehtiramla anırıq. Bu kütləvi qətliamı törədənlər cavab verməlidirlər!”