Kolbasalar haqqında dəhşətli faktlar üzə çıxdı
28-fev, 10:41 79 GündəmMaraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar?
Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, məhsulun rəngi keyfiyyətindən xəbər verir:
“Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Kolbasa ət məhsuludur. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə edilməlidir. Həmçinin kolbasanın qabığını üzərindən ayıran zaman quru olmalıdır, üzəri yapışqan və ya sulu olmamalıdır”.
Mütəxəssis qeyd edib ki, kolbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır:
“Kolbasanı kəsəndə içindəki əlavə inqrediyentlər görünməməlidir və boşluqlar olmamalıdır. Əgər məsamələr varsa, bu o deməkdir ki, kolbasanın hazırlanmasında təkcə ətdən deyil, həm də dəri və qığırdaqlardan istifadə olunub”.
Ətraflı Baku TV-nin süjetində: