Hikmət Hacıyev 8 Mart təbrikini Azərbaycanın qadın minatəmizləyənlərinə həsr edib
08-mar, 11:16 91 Gündəm / SiyasətH.Hacıyev paylaşımını işğaldan azad edilən ərazilərimizdə minatəmizləmə işi ilə məşğul olan qadınlarımıza həsr edib.
“Humanitar minatəmizləmə ilə məşğul olan, minalanmış tarlalarda öz həyatlarını təhlükəyə ataraq, torpaqlarımızı Ermənistanın əkdiyi “ölüm toxumu”ndan qarış-qarış təmizləyən və bununla da insanların həyatını xilas edən Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bir insanın həyatını xilas etmək dünyanı xilas etmək deməkdir!” - deyə H.Hacıyev paylaşımında qeyd edib.