Fransada ən yüksək səviyyədə terror təhlükəsi elan olunub
25-mar, 11:28 89 Gündəm / DünyaFransa Milli Müdafiə Şurasının iclasından sonra ölkədə terror təhlükəsi ən yüksək səviyyədə elan edilib.
Bu barədə Fransanın baş naziri Qabriel Attal “X” hesabında yazıb.
Qeyd olunub ki, buna səbəb Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktıdır.
“Moskvada baş verən terror aktından sonra Fransa prezidenti bu gün axşam Yelisey sarayında Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını çağırıb. “İslam Dövləti” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünə görə və ölkəmizin üzləşdiyi təhdidlərlə əlaqədar olaraq terror təhlükəsi səviyyəsinin yüksəldilməsi qərara alınıb”, - baş nazir qeyd edib.