"Bir zərrənin sevinci" adlı bayram konserti keçirilib. - ƏTRAFLI FOTOLAR

23.03.2024 tarixində Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikası ƏƏSM Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə, Şamaxı şəhərində yerləşən 2 saylı sosial xidmət müəssisəsinin sakinləri üçün "Bir zərrənin sevinci" adlı bayram konserti keçirilib.
Bayram tədbiri təşkilatçı-prodüser Lalə Dadaşova, "Nur Organization" -nın rəhbəri Kamran Nur, "Əkinçi" TEST İB-nin təsisçisi Emin Hacısoy TürkƏr, "Aran Media Group" -un direktoru Şeyda Əzizova, "Mübarizlər" İB-nin sədr müavini Gülnar Nəsibli, "Mübarizlər idman klubu" MMC-nin direktoru Elxan Əhmədov, "Zəfər Yolu" MİŞAHD İB-nin sədri Pərvanə Abdullayevanın birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Bahar qızı obrazında olan aparıcı Əmanət Abbaslının təqdimatı ilə Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilərək, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk olaraq, xüsusi qayğıya ehtiyacı olanlar üçün xidmət göstərən müəssisənin rəhbəri Tamerlan Şərifzadə çıxış edib, tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və "AMG" rəhbəri Şeyda Əzizova öz növbəsinfə mərkəz sakinlərini bayram münasibəti ilə təbrik edib.
Bayram proqramında Mingəçevir Dövlət Dram Teatrının ali dərəcəli aktyoru İbrahim Türksoy Salamovun dəstəyi ilə aktyorlar Elvin Əkbər və Asim Məmmədov tərəfindən əyləncəli, kosa-keçəl xalq oyununu canlandırılıb.
Konsert proqramında populyar müğənni Zaur Quluzadə, bəstəkar "Qarabağ bülbülü" Aybəniz Bəhrəmqızı, Dağıstanlı müğənni Nadia Mikayıl və Pyer Fodju, Nağıl Band musiqi qrupu, Sevinc Süleymanzadə, Gülnaz Nəbili, qazi Bahadur Muradov, Hurinisə Əliyeva, Kamal Dadaşov, rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə çıxış ediblər.
Bundan başqa konsert proqramın bədii hissəsində Kamran Nur-un ssenarisi əsasında rəhbərlik etdiyi dərnək üzvlərinin ifasında təqdim edilən "Çərşənbələrin mübahisəsi" adlı səhnəcik, eləcə də "Sağ Salamat" rəqsi mərkəz sakinlərinin marağına səbəb olub.
Təşkilatçılar tərəfindən mərkəzin sakinlərinə Novruz şirniyyatlarından ibarət bayram xonçaları pay olaraq təqdim edilib.
Tədbirin sonunda "AMG"-nin rəhbəri Şeyda Əzizova tədbir iştirakçılarına xüsusi təşəkkürnamələr təqdim edib və "Əkinçi" İB ailəsinin "el bir olsa" şüarını səsləndirərək mərkəzin həyətində bayram tonqalı qalanaraq sakinlərlə xatirə şəkilləri çəkilib.