Mehriban Əliyeva veteranlarımızı təbrik etdi


Birinci vitse-prezident Mehriban Əliyeva 9 May - Faşizm Üzərində Qələbə Günü münasibətilə paylaşım edib. 
Mehriban Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımda deyilir:
“Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!”