Həlak olan hərbçilərimizin dəfn yeri müəyyənləşdi


İldırım vurması nəticəsində həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Baxış Baxışlı və əsgər Əli Nağıyevin dəfn yeri müəyyənləşib.
“Qafqazinfo”nun məlumatına görə, mayor Baxış Baxışlı Tərtər rayonunda, əsgər Əli Nağıyev isə Gəncə şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar. 
Yunis Quliyev