“Baku Medical Plaza”da bayram sovqatı aksiyası!


Qurban bayramı ərəfəsində “Baku Medical Plaza” klinikalar şəbəkəsi tərəfindən aztəminatlı ailələrə ərzaq yardımları çatdırılıb.
Bu dəfə şirkət əməkdaşları Bakı və Xırdalan şəhərlərində yaşayan bir qrup aztəminatlı ailələrlə görüşüblər, onlara xüsusi  qablaşdırılmış ət və digər ərzaq sovqatlarını paylayıblar.
Hər zaman bu qəbildən olan Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara yönəltmək, onlara istiqamətlənən dəstək tədbirlərinin əhatəsinin günişləndirilməsinə nail olmaqdır.
Xatırladaq ki, “Baku Medical Plaza” 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Hazırda Babək, Mərkəz və Medilux filialları vətəndaşlara xidmət edir.