Həcc ziyarətində istilərə görə yüzlərlə insan həlak olub

Səudiyyə Ərəbistanında builki Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən yüzlərlə zəvvar həlak olub. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wahingtonpost” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı ölənlərin sayı ilə bağlı şərh verməsə də, yüzlərlə insan Məkkənin Əl-Muaisem məhəlləsindəki Təcili Yardım Kompleksində növbəyə düzülərək, itkin düşən ailə üzvləri haqqında məlumat almağa çalışırlar.
Rəsmi olmayan məlumata görə, beş günlük Həcc ziyarəti zamanı ən azı 550 nəfərin öldüyü bildirilir.
***
AFP-nin məlumatına görə, ölənlərdən 323-ü Misir, 60-ı isə İordaniya vətəndaşıdır. 
Qeyd edilib ki, bu il Həcc dövründə Məkkədə temperatur 52 dərəcəyə çatır.