İtaliya Xorvatiyaya, İspaniya Albaniyaya qarşı


Bu gün Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, 11-ci oyun günündə 2 qarşılaşma baş tutacaq.
B qrupunda yer almış komandalardan İspaniya Albaniyanı, İtaliya isə Xorvatiyanı sınağa çəkəcək. İspanlar artıq 1/8 finala vəsiqəni təmin ediblər. Digər komandalar isə buna son turda nail olmağa çalışacaqlar.
AÇ-2024
 B qrupu
 24 iyun

23:00. Albaniya – İspaniya
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spiel-Arena”.
23:00. Xorvatiya – İtaliya
Baş hakim: Danni Makkeli (Niderland).
Leypsiq. “Red Bull Arena”.
Xallar: İspaniya – 6. İtaliya – 3. Albaniya – 1. Xorvatiya – 1.