Qarabağa böyük qayıdış: Azərbaycanın yanında kimlər var?
28-iyn, 14:45 62 Gündəm(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusu üzrə hazırlanıb)
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra hazırkı mərhələdə ən mühüm vəzifə həmin ərazilərə qayıdışın təmin edilməsidir. Bunun üçün isə artıq xeyli müddətdir "Böyük Qayıdış" layihəsi həyata keçirilir. Həmin layihə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin bərpasını və yerli sakinlər olan azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutur.
Bu layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.
2026-cı ilə qədər "Böyük Qayıdış" proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində - Laçın, Füzuli və Şuşa və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilib.
Qarabağda sosial obyektlərin tikintisinə də böyük diqqət yetirilir. Bu gün insanlarımızın yaşadığı 5 yaşayış məntəqəsində 6 məktəb fəaliyyət göstərir. Orda 700-ə qədər şağird təhsil alır.
Qarabağ Universitetinin bu ildən fəaliyyətə başlaması da qayıdış prosesində ən vacib məqamlardan biridir. Orada gələcəkdə 10 minə qədər tələbənin təhsil alması gözlənilir. "Böyük Qaydış" prosesinin həyata keçməsinə bir sıra xarici ölkələr tərəfindən də dəstək verilir. Bu işdə qardaş ölkələr, xüsusən də Türkiyə daha fəaldır.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, işğaldan azad olunmuş ərazilərimizə "Böyük Qayıdış" prosesi uğurla həyata keçir:
"Azərbaycan xalqının 30 illik arzusu reallığa çevrilir. Ölkə büdcəsi imkan verdikcə şübhəsiz ki, "Böyük Qayıdış"a maliyyə dəstəyi də artırılır. Mürəkkəb, çətin relyefdən keçən kommunikasiyalar, yollar inşa edilir, aeroportlar, hava limanları salınır. Ən son olaraq 2024-cü ilin büdcəsinə əlavə və dəyişikliklər edilən zaman daha 2 milyard manata yaxın maliyyə vəsaiti "Böyük Qayıdış"ın icra olunması üçün ayrıldı.
Sözsüz ki, "Böyük Qayıdış" prosesində Azərbaycana dəstək verən qardaş ölkələr də vardır. Qardaş Türkiyə tərəfindən proses çərçivəsində seysmoloji stansiya tikilib. Bu çərçivədə həmçinin qardaş Özbəkistanın Mirzə Uluqbəy adına məktəb inşa etməsi mühüm bir hadisədir. Qırğızıstanın işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət və incəsənət mərkəzi inşa etməsi də əhəmiyyətlilik baxımından ayrıca bir hadisədir. Qardaş Qazaxıstan da xüsusi bir layihə ilə inşaat prosesi aparır. Bunlar şübhəsiz ki, sistemli, ardıcıl dəstək deyil, sadəcə simvolik dəstəklərdir. Bu da qürurvericidir".
Deputat qeyd edib ki, bu kimi dəstəklə nəticə etibarı ilə həmin ölkələr Azərbaycanın sevincinə ortaq olmaqla yanaşı, həm də Azərbaycanın yanında olduqları, hər zaman olduğu kimi, indi də haqsızlığa qarşı çıxdıqları barədə dünyaya da bir mesaj verdilər:
"Digər hansısa başqa ölkələrin prosesdə iştirakı isə yalnız və yalnız mina təmizləmə fəaliyyətilə məhdudlaşır. Bu prosesə Türkiyə, Böyük Britaniya və Avropa İttifaqı dəstək verir. Türkiyə Azərbaycana 25 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) maşını verib, mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçıları Qarabağda mina təmizləmə işlərinə kömək edir. Böyük Britaniya mina təmizlənməsi sahəsində və Böyük Qayıdışın təhlükəsizliyini təmin etmək üçün Azərbaycana maliyyə yardımı ayırıb".
Bu isə həmsöhbətimizə görə, əlbəttə ki, yetərli deyil:
"Azərbaycan bu günə qədər "Böyük Qayıdış"ı təmin etmək üçün heç bir xarici bankdan maliyyə vəsaiti almayıb. Yalnız və yalnız öz imkanları hesabına prosesi hazırkı mərhələyə çatdırmağı bacarıb".
Rüfət Sultan Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.