YAP hazırkı deputatlardan bəzilərinin namizədliyini yenidən irəli sürür (YENİLƏNİB)


    Bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin adları müəyyənləşib.     
             "Report”un məlumatına görə, VI çağırış Milli Məclisin deputatı olmuş YAP üzvlərindən namizədlikləri yenidən irəli sürülən şəxslərdən bəzilərinin adları məlum olub.
    
             Bunlar sırasında Tahir Mirkişili, Ziyafət Əsgərov, Azər Badamov, Kamil Cəfərov, Nurlan Həsənov, Musa Quliyev, İmamverdi İsmayılov, Rəşad Mahmudov var.
     
             YAP İdarə Heyətinin üzvü Musa Quliyev isə İdarə Heyətinin iclasından sonra APA-ya açıqlamasında bildirib ki, veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib:
        
                     "Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Bu da onu göstərir ki, partiya öz veteranlarını unutmur. Vasif Talıbov, İsa Həbibbəylinin adı siyahıda yoxdur, Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib.
        
                     Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib.
 
        
            11.40     
        Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası başa çatıb.
     APA xəbər verir ki, iclasda YAP 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədlərini müəyyənləşdirib.

     10:36
     Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
     APA-nın xəbərinə görə, iclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.