Etibar Əliyev seçkiyə getmir? - "Deputat həkim müayinəsindədir..."


Milli Məclisin deputatı Etibar Əliyev növbədənkənar parlament seçkilərinə qatılmayacaq.
     Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq deputat seçkilərdə iştirakdan imtina edib. 

     Məsələni araşdırmaq üçün Etbar Əliyevin deputat seçildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi ilə əlaqə saxladıq. Dairədən Qaynarinfo-ya bildirdilər ki, Etibar Əliyev hələlik namizədliyini irəli sürməyib.
 

     Xəbəri dəqiqləşdirmək üçün Etibar Əliyevin özünə də zəng etdik. Dəstəyi götürən şəxs xəstəxana əməkdaşı olduğunu bildirdi: 

     "Mən fizoterapiya əməkdaşıyam. Etibar müəllim terapiya şöbəsində həkim müayinəsində olduğu üçün zəngə cavab verə bilmir".
  
Bahar Rüstəmli