Erkən nigah aktual problem olaraq hələ də qalmaqdadır
02-avq, 19:57 51 GündəmAilə dövlətin əsası və özülüdür. O, möhkəm olmalıdır ki, üzərində qurulan, formalaşan cəmiyyət də möhkəm, insanların rifahı yüksək olsun. Erkən yaşda ailə həyatı quran qız ailə həyatına psixoloji cəhətdən hazır olmadığı, öz zərif çiyinlərinə ağır ailə yükünü götürdüyü, fiziki tərəfdən fəsadlarla rastlaşdığı üçün və s. bu kimi məqamlara görə ciddi çətinliklərlə üzləşir. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır.
Ailə insan cəmiyyətinin daha möhkəm, sarsılmaz, ilkin özəyi olaraq, həm də ənənəvi milli dəyərləri özündə cəmləşdirir. Özünə möhkəm, sağlam ailə quran hər bir şəxs, şübhəsiz, ölkənin, cəmiyyətin möhkəmləndirilməsinə xidmət edir. Söhbət elə ailədən gedir ki, burada ər və arvad bir-birlərini sevir və hörmət edir, bir-birlərinə qayğı göstərir, sevinc və kədərlərini birgə bölür, övladlarını düzgün tərbiyə edir, ailə və cəmiyyət qarşısında öz borclarını dərk edirlər. Ölkəmizdə nikah vә ailә münasibәtlәrinin hüquqi baxımdan tәnzimlәnmәsi dövlәt tәrәfindәn hәyata keçirilir vә yalnız müvafiq icra hakimiyyәti orqanında bağlanmış nikah tanınır. Nigah insan həyatının ən əlamətdar hadisəsidir. O yeni yaradılacaq ailənin hüquqi əsasıdır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır. Qızlar erkən yaşlarda bioloji cəhətdən ana ola bilsələr də, analıq hissinin, analığın nə olduğunu tam dərk edə bilmirlər. Bu səbəbdən də çox zaman erkən ailə quran qızlarda övlalarına qarşı biganəlik müşahidə olunur. Aparılan araşdırmalar sübut edir ki, erkən yaşlarında ailə quran qadınların 53 faizində psixoloji problemlərlərlə üz-üzə qalma riski daha çoxdur.
Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyyumluq və himayəçilik, nigahın pozulması, nigahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır. Nigah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı nigaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Lakin, hal-hazırda cinsindən fərqli olmayaraq Azərbaycanda nikah yaşı 18-dir. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 - cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nigah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz.
Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nigahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evil və ya ruhi xəstə olduğu halda nigaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nigah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.
Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır. Erkən nikah- ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Ölkəmizdə 18 yaşadək şəxslə bağlanılmış nikah erkən nikah sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin 1.2.-ci yarımbəndinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur. erkən nikahlar nəticəsində həssas təbəqədən olan ailələrin sayı artır. Erkən yaşda ailə həyatı quran qız ailə həyatına psixoloji cəhətdən hazır olmadığı, öz zərif çiyinlərinə ağır ailə yükünü götürdüyü, fiziki tərəfdən fəsadlarla rastlaşdığı üçün və s. bu kimi məqamlara görə ciddi çətinliklərlə üzləşir. O, bu çətinliklərə hazır olmadığı üçün ciddi depressiya yaşayır, hətta intihara cəhd edir. Erkən yaşda uşaq dünyaya gətirən, təhsilini yarımçıq dayandıran, hər hansı peşəyə yiyələnməyən qız öz övladlarını və ailəsini təmin edə bilməyəndə özünü çox çarəsiz hiss edir. Nəzərə alsaq ki, erkən nikah nəticəsində həm də bir çox hallarda ailədə məişət zorakılığı müşahidə olunur, bütün bu səbəblər toplananda erkən evliliklər çox vaxt boşanma ilə nəticələnir.
Erkən nikah, uşaq evlilikləri, onların xüsusən qız uşaqlarının həyatında yaradacağı fiziki, psixi fəsadlar və təhsildən yayınmanın qız uşaqlarının həyatına təsiri barədə yeniyetmələr, valideyinlər və cəmiyyət üzvləri mütəmadi olaraq məlumatlandırılmalıdır. Cəmiyyət üzvlərində ictimai qınaq fikri yaradılmalı, erkən nişan və erkən nikah mərasimlərində qol qaldırıb oynamaqdansa valideyinlərə bu evliliyin gələcəkdə yaradacağı problemlər barədə məlumat vermələri tövsiyə olunmalıdır.
Ailə quran tərəflərin yaşlarının rəsmi nigah üçün müəyyən olunmuş yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Universitetin müəllimi Əli Rzazadə qeyd etdi ki, ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir.Biz bu gün erkən nikahların fəsadlarını-nəticələrini boşanmaların səbəblərində, internat evlərində uşaqların sayının artmasında, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işləri aparılmalıdır. Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır
Erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır və böyük fəsadlara yol açır.
Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Erkən nikah cəmiyyətdə savadsızlığın artmasına, boşanmaların sayının çoxalmasına səbəb olur. Erkən nikaha girən tərəflər ailənin ağır məsuliyyətini anlamır və bu da boşanmaların sayının artmasına səbəb olur. Erkən nikah zamanı xüsusən qızlar təhsildən yayınırlar. Hər birimiz erkən nikahla bir yerdə mübarizə aparmalıyıq. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.
Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.
Təranə Novruzova
Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi