80 saylı Lerik-Astara Seçki Dairəsinin seçiciləri 1 sentyabrda Təyyar Yəhyayev səs verib, bu şəxsin millət vəkili olmasına səbəb olacaqlar


     Məlumdur ki, 28 iyul 2024-cü il tarixdə ölkə rəhbəri İlham Əliyev cənabları, Azərbaycan Respublikası  Konstitusiyasının 981ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Qeyd edək ki, Sərəncam imzalandığı gündən VI çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxıldı və Milli Məclisə növbədənkənar seçkilərin - VII çağırış üzvlərinin seçilməsi 01 sentyabr 2024-cü il tarixə təyin olundu. Əslində Milli Məclisə növbəti seçkilər bu ilin noyabr ayında keçirilməli idi. Xatırladaq ki,  Milli Məclisə seçkilər mojaritar seçki sistemi əsasında keçiriləcək və bu seçkidə 20-dən çox siyasi partiya öz namizədləri ilə iştirak edəcəklərini öncədən bəyan ediblər. Sevindirici haldır ki, növbədənkənar parlament seçkiləri ölkəmizin bütün ərazisi hüdudlarında keçiriləcək və buna görə biz ilk növbədə otuz illik torpaq həsrətinə son qoyan qəhrəman Ordumuza, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına və bu işdə əməyi keçən hər kəsə minnətdar olmalıyıq. Bundan əlavə, torpaqlarımızın geri qaytarılması zamanı həyata keçirilən döyüş əməliyyatlarında iştirak edib, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ölməz ruhu qarşısında baş əyirik, eyni zamanda bu yolda sağlamlığını itirən qazilərimizə cansağlığı arzulayırıq. Artıq dörd ilə yaxındır ki, itirilmiş torpaqlarımız geri qaytarılıb və biz “məğlub xalq” adını üstümüzdən götürmüşük.

    Onu da bildirək ki, növbədənkənar parlament seçkilərinin bu ilin 1 sentyabrında keçirilməsi tam qanunauyğundur və hər il dünyanın bir ölkəsinin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP 29)" noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. Belə bir səbəbdən də, ən mötəbər tədbirlərindən biri hesab olunan COP 29 ilə bağlı parlament seçkiləri iki ay müddətinə irəli çəkildi və həmin tədbirdə ayrı-ayrı ölkələrdən təxminən 80-100 min nəfərə qədər nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Avropa Oyunları keçirilən zaman ölkəmizdə təqribən 8 min nəfərə yaxın qonaq iştirak etmişdi. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, ümidvarəq ki, ölkəmizə beynəlxalq miqyasda çox böyük dividentlər əldə etməyə imkan verəcək.

              Hörmətli seçicilər!

   Hər kəsin diqqətinə onu da çatdırmaq istəyirik ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi günə cəmi iki həftədən bir qədər çox vaxt qalıb. Belə bir səbəbdən də, hal-hazırda ölkəmizin ictimai-siyasi həyatında yeni bir canlanma, yeni bir mərhələ yaşanmaqdadır. Buna əsas verən başlıca səbəb, məhz seçki prosesi ilə bağlı yaradılmış münbit şəraitin varlığıdır. Diqqət yetirək ki, millət vəkili olmaq istəyən hər kəs, bu gün yaradılmış imkanlardan lazımınca yararlanırlar. Məsələn, 125 seçki dairəsinin hər birində millət vəkili olmaq istəyənlərin bir çoxu indiyə kimi qeydiyyatdan keçmişlər və hal-hazırda  namizədliyi qeydə alınmış şəxslər seçki təbliğatı ilə məşğul olurlar. Belə şəxslərdən biri də, 80 saylı Lerik-Astara Seçki Dairəsindən namizədliyi qeydə alınmış Yəhyayev Təyyar Kazım  oğludur. Əldə etdiyimiz şifahi məlumatlara görə, bu şəxs namizədliyi qeydə alınmış şəxslər sırasında ən şanslı namizəd hesab olunur.

   Xüsusi diqqət yetirmək lazımdır ki, Təyyar Yəhyayev ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə tanınan və seçilən, həmçinin xarakterik xüsusiyyətinin bir çox göstəriciləri ilə əksəriyyətə nümunə olan parlaq simalardan biridir. 80 saylı Lerik-Astara Seçki Dairəsindən namizədliyi qeydə alınan bu şəxs, hal-hazırda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bu dairənin ərazisində olan seçicilər arasında təbliğat və təşviqat işləri aparmaqla məşğul olur. Yerli sakinlərdən əldə etdiyimiz şifahi məlumatlar, əməkdaşlarımızın ümumi müşahidələri və s. onu göstərir ki, 80 saylı Lerik-Astara Seçki Dairəsində Təyyar Yəhyayev ən şanslı namizəddir. Söz yox ki, bu şəxsin digər namizədlərə nisbətən daha yüksək reytinqə, böyük nüfuza malik olmasına əsas verən səbəblərdən biri də, Təyyar həkimin parlaq keçmişə malik olması ilə bərabər, ötən illər ərzində onun yerli sakinlərə göstərdiyi diqqət və qayğının varlığıdır. Bir sözlə, bunu seçicilərlə keçirilən görüşlərdən, seçicilərin tam əksəriyyətinin indidən Təyyar Yəhyayevə səs verəcəklərini dilə gətirmələrindən və s. müəyyən etmək olur. Bəli, qeyd olunanları əsas tutaraq belə qənaətə gəlmək olar ki, 1 sentyabrda 80 saylı Lerik-Astara Seçki Dairəsi ərazisində yaşayan seçicilər düzgün seçimlərini edib, məhz öz səslərini bu şəxsə verəcəklər.

   Bir faktı da qeyd edək ki, deputatlığa namizəd Təyyar Yəhyayev indiyə kimi Astara rayonunun Toradi, Asxanakəran, Motlayataq, Hamuşam kəndlərində seçicilərlə səyyar görüşlərini keçirib və yerli sakinlərin qaldırdıqları hər bir problemə gələcəkdə həssaslıqla yanaşacağını qeyd edib. Diqqəti cəlb edən hal odur ki, bu şəxsin lazımi potensiala malik olması haqda məlumatlı olan, millət vəkili seçiləcəyi təqdirdə hər kəsin probleminə diqqət göstərəcəyini dilə gətirən ehtiyatda olan polkovnik Hikmət Ağayev, fəlsəfə doktoru Firdovsi Şahbazov, digər tanınmış simalar Elçin Feyziyev və Ramil Hüseynov və s. kimi şəxslər, hal-hazırda Təyyar Yəhyayevə lazımi dəstəklərini ifadə edirlər.

Deputatlığa namizəd Təyyar Yəhyayev Lerik rayonunun Piran kəndində də seçicilərlə görüşünü keçirib və o, əvvəlcə rayonunun girişindəki Şəhidlər Kompleksini, Piran kəndindən olan Vətən Müharibəsi şəhidi Vidadi Cabbarovun məzarını ziyarət edir.Əldə etdiyimiz məlumatlara görə, seçicilər bu şəxsi ləyaqətli, dürüst, hər zaman insanların xidmətində durmağı bacaraq şəxs deyə qəbul edirlər. Çünki, Təyyar həkim son 7 (yeddi) ildə şəhidlərə bağlı layihələrin həyata keçirilməsində maddi və mənəvi dəstəyini əsirgəmir. Qeyd edək ki, bu şəxsi yaxından tanıyan hər kəs bilir ki, o, olduqca enerjili, əzmkarlıq nümayiş etdirməyi bacaran, qorxmaz, mətn, sözübütov və s. kimi göstəriciləri özündə cəmləşdirən bir şəxsdir. Bir sözlə, Təyyar Yəhyayev 80 saylı Lerik-Astara Seçki Dairəsinin seçicilərini Milli Məclisdə təmsil edə biləcək ən layiqli şəxs hesab olunur.

          Hörmətli seçicilər!

Siz 1 sentyabrda Təyyar Yəhyayevə səs verməklə birbaşa haqqa, ədalətə, dürüstlüyə, bütövlüyə səs vermiş olacaqsınız! Odur ki, həmin gün seçki məntəqələrinə gedin və 80 saylı Lerik-Astara Seçki Dairəsinin ən şanslı namizədi, hansı ki, sizi Milli Məclisdə layiqincə təmsil etməyi bacaracaq Yəhyayev Təyyar Kazım oğluna səs verin! Bəli, Təyyar Yəhyayev sıradan bir şəxs deyil və həmin gün siz bu şəxsə səs verin ki, hər zaman Milli Məclisdə səsiniz eşidilsin!


Kamal Mirzə