Xalq YAP-a inanır və etibar edir
21-avq, 18:22 42 Gündəm2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Boradigah qəsəbəsi, Türkoba, Qəzvinoba, Şatıroba, Mollaoba, Babaser kəndlərinin seçicilərilə görüşü keçirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev görüşləri açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün seçkilərdən qalibiyyətlə çıxıb: “Qələbəyə səbəb düzgün strategiya, xalqın rifahı, regionların inkişafı üçün danılmaz xidmətlər olub”. Seyfəddin Əliyev 1 sentyabr Milli Məclisə növbədənkənar seçkilərdə də partiyanın namizədlərinin qələbə qazanacağına əminliyini bildirib.
Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov YAP-ın seçki platforması barədə ətraflı məlumat verərək vurğulayıb ki, qarşıdan gələn parlament seçkilərində seçicilər ona etimad göstərib səs verərlərsə, onların etimadını hər zaman doğruldacaq və layiqincə təmsil edəcək. İşğaldan azad edilən ərazilərdə abadlıq-quruculuq işlərinin sürətlə davam etməsindən söz açan M.Məmmədov ölkəmizin uğurlu siyasi-iqtisadi və sosial islahatları barədə danışaraq dövlət başçısının rəhbərliyi ilə bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüş iştirakçılarından Aygün Quluyeva, Ramiz Tağıyev, Ağarəşid Talıbov, Dövlət Kazımov, Məhbubə Şahbazova, Əfqan İbrahimov və Qəzənfər Fətdayev çıxışlarında qeyd ediblər ki, dövlətimizin gücünün daha da möhkəmlənməsi və inkişafı Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır.
Seçicilər də çıxış edərək yeni dövrə yeni Azərbaycanla gedəcəklərini, YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
www.AzadMedia.az