Region gəncləri tərəfindən anım tədbirləri həyata keçirilib
27-sen, 20:37 18 GündəmAnım Günü respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmancasına döyüşərək, canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu gün bütöv Azərbaycanda Anım Gününə həsr olunmuş tədbirlər keçirilir, xalqımız Vətən uğrunda qəhrəmanlıq nümayiş etdirən şəhidlərimizin xatirəsini qürurla yad edir.
Əsas fəaliyyət istiqamətlərindən biri vətənpərvərlik və dövlətçilik olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Bakıda yerləşən baş ofisi, eləcə də 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən Azərbaycanın şəhər və rayonlarında Anım Gününə həsr olunmuş bir sıra fəaliyyətlər icra olunub.
Bakı şəhərində ilk olaraq, Zəfər parkı ziyarət olunub, "44 günlük zəfər yolu və post-müharibə dövründə gənclərin rolu" mövzusunda Vətən müharibəsi iştirakçıları, qazilər, tərəfdaşların nümayəndələri və gənclərin iştirakı ilə görüş baş tutub.
Regionlarda gənclər tədbirlərə Şəhidlər xiyabanını ziyarət etməklə başlayaraq, şəhidlərimizin məzarları önünə gül dəstələri düzüblər.
Fəaliyyətlər dəyirmi masa və görüşlərlə davam edib. Baş tutan görüşlərdə əlamətdar günün önəmi qeyd olunub, Ordumuzun 44 günlük müharibədə göstərdiyi şücaətlərdən, xalqımızın bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən söhbət açılıb. İştirak edən tarixçilər, müharibə iştirakçıları, qazilər Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələrindən bəhs ediblər.
Anım Günü ilə əlaqədar mərkəzlərdə “Görünməyən qəhrəmanlar”, “Zəfər tariximiz”, “Kod adı: Yaşma”, “44 gün, 44 an”, “Ağxalatlılar” adlı filmlər nümayiş etdirilib.
Baş tutan tədbirlər şəhidlərimizin xatirəsini yaşatmaq, gənclərimizdə vətənpərvərlik hissini daha da artırmaq məqsədi daşıyıb.
Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhidlik zirvəsinə ucaldıqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərdə qürurla dalğalanır!
Xezertv.info