“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film


“Xezertv.info” xəbər verir ki, 11 oktyabr 2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri “Nizami” konoteatrında şəhid kapitan Həmid Cəfərliyə həsr olunmuş “Qəhrəman kapitan Həmid Cəfərli” adlı sənədli film təqdimatı keçirilmişdir. Tədbirdə şəhid ailələri, Millət Vəkilləri, tanınmış Azərbaycan ziyalıları, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin zabit heyətindən ibarət nümayəndələr, ictimai birlik nümayəndələri və Kütləvi İnformasiya Vasitələri iştirak etmişdir. Tədbir Azərbaycanın dövlət himni səsləndirildikdən sonra açıq elan olundur və film nümayiş etdirildi.

Sənədli filmin yaradıcı heyyəti:
Layihə rəhbəri: Şəmistan Əlizamanlı
Ssenari müəllifi: Rey Kərimoğlu
Quruluşçu rejissor: Roman Yaşar
Montajçı: Amo Yaşar
Redaktor: Həcər Hüseynova
Prodüssor: Elmar Hüseynov
Sənədli film 2020-ci ilin Vətən müharibəsinin iştirakçısı şəhid kapitan Həmid Cəfərliyə həsr olunubdur. Filmdə şəhidin ailə həyatı, məktəb illəri, hərbi məktəb və keçdiyi hərbi xidməti haqqında maraqlı və ən yadda qalan xatirələr  lentə alınıbdır. Filmdə şəhid kapitan Həmid Cəfərlinin keçdiyi döyüş yolu və qəhrəmanlığını əks etdirən real video kadrlar, səs yazıları və fotolardan istifadə olunubdur.
Kapitan Cəfərli Həmid Kərim oğlu 1990-cı ilin avqust ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olub. 8-ci sinifə qədər bu məktəbdə təhsil alıb.
Həmidin arzusu zabit kimi xalqına şərəflə xidmət etmək olub. Elə bu arzu ilə 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirib, leytenant hərbi rütbəsi alıb. Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilib. Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il tarixindən 24 iyun 2012-ci il tarixinədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kəşfiyyatçı tağım  komandiri kursunu bitirib. O, 2012-ci ildən N saylı hərbi hissənin Kəşfiyyat bölüyünün Tağım komandiri vəzifəsinə təyin olunub.
2013-cü ildə döyüş və ictimai hazırlıqda, nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman, “Azərbaycan Ordusunun 95 illiyi” yubiley medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi alıb.
2015-ci ildə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və əsirlər gətirib. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə yüksəlib. 2017-ci ildə isə N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilib.
O, 3-cü dərəcəli "Qüsursuz xidmtlərinə görə" və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib. 2019-cu ildə  N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilib.
2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlayıb və ilk olaraq Cəbrayıl rayonu istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında fəal iştirak edib.
Cəbrayıl yüksəkliklərinin işğaldan azad edilməsi uğrunda vuruşub və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində iştirak edib. Döyüş zamanı iki gün şəxsi heyyəti ilə mühasirədə qalıb.
2020-ci ilin oktyabr ayının 2-də kapitan Həmid Cəfərli Tovuz rayonunda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunub. Lakin o,"müharibə qurtarandan sonra təyinat yerinə gedərəm"- deyib. Həmid döyüşçü dostlarına deyirmiş ki, "- Müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam". Özünə şəhidlik zirvəsi arzulayan kapitan Həmid Cəfərli 27 sentyabrda dostuna yazıbmış: “Xoş o adamın halına ki, ona Şəhidlik nəsib olur. Boşuna və bihudə ölümə getməkdən Allaha pənah aparıram”. Kapitan Cəfərli Həmid Kərim oğlu 5 oktyabr, 2020-ci ildə saat 13.20 radələrində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə
-3-cü dərəcəli “Rəşadət” ordeni,
-“Vətən uğrunda”,
-“İgidliyə görə”,
-“Cəbrayılın azad olunmasına görə”,
-“Füzulinin azad olunmasına görə”,
-“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi” 3-cü dərəcəli "Qüsursuz xidmtlərinə görə" “Silahlı Qüvvələrin yaranmasının100 illiyi” yubiley medalları təltif olunubdur.
Ailəli idi. Övladları Cabbar, Hüseyn və qızı Zeynəb.
Təşkilatçı: Elmar Hüseynov  



Fərid Səfərov
Xezertv.info-nun rəhbəri, AJB-nin üzvü

“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film
“Qəhrəman kapitan Həmid Cəfərli” sənədli film