AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK ORQANLARI BÜTÜN DÜNYAYA DAİM ÖRNƏKDİR


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Hər zaman işini layiqincə yerinə yetirir


İCTİMAİ TƏHLÜKƏSİZLİK UĞRUNDA



Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyevin ölkəmizin iqtisadi qüdrətinin artmasına, əhalinin rifah halının yaxşılaşmasına, regionların sürətli inkişafına, insan hüquq və azadlıqlarının təminatına xidmət edən uğurlu dövlət siyasəti Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin təkmilləşməsinə, beynəlxalq standartlar səviyyəsində təşkilinə, şəxsi heyətin sosial müdafiəsinin güclənməsinə təkan vermişdir. Ölkədə aparılan genişmiqyaslı quruculuq işlərində yaxından iştirak edən respublikanın daxili işlər orqanları, son illərdə olduğu kimi, hesabat dövründə də müvafiq qanunları, dövlət başçısının fərman və sərəncamlarını, tələb və tövsiyələrini rəhbər tutaraq cinayətkarlıqla mübarizədə əvvəlki illərdə qazanılmış müsbət təmayülləri qoruyub saxlamış, sabitliyin və əmin-amanlığın təmin edilməsi sahəsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borca, anda, qanunlara, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə riayət edilməsi, gənc əməkdaşların hərtərəfli qayğı ilə əhatə olunması, onların peşə hazırlığının, tapşırılmış sahəyə məsuliyyət hissinin artırılması istiqamətində tədbirlər cari ildə də davam etdirilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi kursu və hərtərəfli islahatlar ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasını, xalqımızın rifah halının yüksəlməsini, elm və mədəniyyətin tərəqqisini şərtləndirmiş, eyni zamanda, insan hüquq və azadlıqlarının etibarlı təmin olunmasına lazımi şərait yaratmışdır. Bu proseslərdə yaxından iştirak edən daxili işlər orqanları tərəfindən ictimai asayişin və daxili təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər ölkədəki əlverişli investisiya mühitinin qorunmasında, iqtisadiyyatın inkişafında, strateji əhəmiyyətli beynəlxalq layihələrin uğurla həyata keçirilməsində mühüm rol oynamışdır. 

Artıq uzun illərdir ki, Azərbaycan həm MDB məkanı üzrə, həm də Avropa ölkələri ilə müqayisədə insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdəndir. Respublikanın digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə sıx qarşılıqlı əlaqə şəraitində həyata keçirilən profilaktiki, əməliyyat və istintaq tədbirləri nəticəsində əvvəlki illərin müsbət meyilləri ötən il də qorunub saxlanılmış və bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilmişdir. Ümumən, xidməti fəaliyyətə şəffaflıq, açıqlıq və sosial yönümlülük verilməsi, həmçinin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi sahəsində görülən işlər xidməti fəaliyyətdə qanunçuluğun qorunmasına öz müsbət təsirini göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar da ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmış, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməmiş, əldə olunmuş uğurları və öz döyüş hazırlığını daim artırmışdır. Hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda fəal iştirak etmiş, qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmişlər.

Son illər məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində yüksək peşəkarlığa malik kadr özəyi yaradıldığını, onun möhkəmlənməsi və genişlənməsi üçün davamlı olaraq əməli iş aparıldığını və cari ildə qarşıda duran başlıca vəzifələrdən birinin şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi olduğunu, cinayətlərin açılmasında, təqsirləndirilən şəxslərin tutulmasında, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və digər sahələr üzrə əməliyyat-axtarış fəaliyyətində elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin geniş tətbiqinin zəruriliyini olacaqdır..

DİN orqanlarının maddi-texniki bazası da ildən-ilə möhkəmlənir və modernləşir. Bütün bunlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Bir sözlə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Qərb və Avropa təmsilçiləri bu fikri daim bəyan edirlər ki, Azərbaycanda ictimai sabitlik etibarlı qorunur. Azərbaycan polisinin bu istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Bu, həm də o həqiqətin göstəricisidir ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan digər hüquq-mühafizə orqanları ilə birgə Azərbaycan polisi dayanır.

Qanunlara tənzimlənən DİN fəaliyyəti o qədər görünən üzdədir ki, o hadisələrin və proseslərin içindədir. Yəqin ona görədir ki, polisin davranışları insanlar tərəfindən diqqətdə saxlanılır. Yenə o fikrə gəlirik ki, polis hadisə və prosesləri yozanların nə deməsindən asılı olmayaraq, ömumi maraqların təminatçısıdır. Deməli, səadət axtarışında olan insan başlıca xoşbəxtliyini ictimi təhlükəsizliyin etibarlı təminatında görür.



ZALOV İMZA TV ALYANSIN TƏSİSÇİSİ

BEYNƏLXALQ HÜQUQ EKSPERTİ

İSMAYIL ZALOV