Qəlbiniz və ürəyiniz yorulmasın, Pərvanə xanım...


Siz, çox böyük missiyanın daşıyıcılarından birisiniz. Tərcümeyi-halınızdan bəllidir, Siz kimin davamçısısınız, qanınızda, geninizdə, ruhunuzda daşıdığınız bu böyük yük haradan qaynaqlanır. “Asalnın erkəyi, dişisi olmaz”. Böyük nəslin, ləyaqətli nəslin, ləyaqətli, şərəfli davamçısı, bu başqa cür ola bilməzdi. Cənabi Haqqdan missiyanı bu gün yorulmadan könül xoşluğu ilə icra edirsiniz. Hər şey vətən üçün, hər şey xalq üçün, bu sizin ənənəvi yaşam leytmotivinizdir. Onlarla şəhid ailələrinin, şəhid valideynlərinin “Mənəvi qızına” çevrilmisiniz. Çünki, bunu özünüz qazanmısınız. Hər zaman onların yanındasınız. Bu gün Sizin onlarla xeyirxah işlərinizdən biri olan, Azərbaycanın qəhrəman oğlu, Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, İmam Hüseyn aşiqi, dəyərli oğul, ata, qardaş, dost, yoldaş və nüminəvi, səxavətli vətəndaş Əsgərov Rauf Vaqif oğlunun əziz xatirəsinə ithaf olunmuş “Bir ömür bayatısı” sənədli povestinin maddi dəstəkçisiniz. Bu kitab tarix yadaşadıqca yaşayacaq, şəhid ruhu ölməzdir, şəhid ölməzdir. Kitab yaşadıqca Siz də yaşayacaqsınız. Bu savabı qazandınız, sizə komandamız adından xüsusi minnərdarlığımızı bildiririk. Sizin kimi yaxşılar olmasaydı dünya məvhərindən qopardı...


Hörmətlə,
Hürü Hacızadə,
Yazıçı-publisist, “TƏSƏLLİ” Şəhid Ailələrinə Mənəvi Dəstək ictimai birliyinin həmsədri,
“Xezertv.info”, “Arasdirma.com” və “Zeferyolu.az” informasiya agentliklərinin icraçı direktoru,
“Qızıl Qələm” mükfatı laueratı

Fərid Faiqoğlu
“Xezertv.info” və “Zeferyolu.az” informasiya agentliklərinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratı,
Ehtiyatda olan zabit

Və “Siyasət və Gerçək Uğur” jurnalının və araşdırmalar mərkəzinin komandası.



Zərur giriş:
İmamquliyeva (Əsgərova ) Pərvanə Mirzə qızı. 16.12.1980-ci ildə Gəncə şəhərində anadan olub. Bağça tədrisində fəal olduğu üçün orta qrupdan bir başa məktəbə göndərilib. 1985-ci ildə Gəncə şəhəri M.Hadi adına məktəbin 1-ci sinfinə qəbul olunub. Birinci Qarabağ müharibəsi dövrünə düşdüyü üçün məktəbini dəyişərək Mir Cəlal Paşayev adına 39 saylı məktəbdə təhsilini davam etdirib.1997-ci ildə  məktəbi bitirdikdən sonra Bakı Dövlət Universtetinin “Mexanika-Riyaziyyat” fakultəsinə daxil olub. İnformatikaya olan marağı onu “Riyaziyyat-İnformatika” fakultəsinə gətirib. Universteti bitirdikdən sonra Gəncə şəhər Müəllimlər İnstitutunda müxtəlif vəzifələrdə çalışmaqla yanaşı sahibkar fəaliyyəti və ictimai fəal kimi çalışıb. 07.08.2017-ci ildən Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində çalışır. Eyni zamanda DİA-nın “Dövlət və Bələdiyyə İdarəetmə” fakultəsində təhsil alır. 2021- ci ildən “El gücü” Beynəlxalq Humanitar Asosiassiya İctimai Birliyinin Qərb zonası üzrə qadınlar şurasının sədri vəzifəsini icra edir. Hər zaman şəhid ailələrinin yanında olmağa çalışır. 7 illik iş fəaliyyətində vətənpərvər mövzularla, Azərbaycan Türk münasibətlərinə, şəhid-qazi ailələrinə, böyük şəhər tədbirlərinin təşkilində, təhsilin inkişafı naminə keçirilən bütün tədbirlərdə böyük əzm və fəallıqla iştirak edir.
Vətənə sevgisi kökdən-şəcərədən irəli gəlir. Düz deyiblər: “Ot kökü üstündə bitər”.
Ata babası general Mirzəli Əsgərov Hüseyn oğlu öz dövründə Goranboy, Göygöl rayonlarında birinci katib vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş, şəhid olmuşdur.
Nənəsi Gülnisə xanım ziyalı ailədə dünyaya göz açmış, nüfuzlu ailənin övladıdır.
Ana babası Məmmədov Mikayıl Məhəmməd oğlu Post Sovet dövründə uzun müddət NKVD-nin sədri vəzifəsində çalışmış, ömrünün sonuna kimi kolxoz sədri, məktəb direktoru vəzifələrində çalışmışdır.
Nənəsi Rüxsarə müəllimə nüfuzlu ailənin övladı, Şəmkir bəylərinin nəslindəndir. Çaparlı kəndi, hal-hazırda babasının adını daşıyır.
Atası Əsgərov Mirzə Mirzəli oğlu Ali təhsilli riyaziyyatçı idi. Ömrünün sonuna kimi ticarət sektoru üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Əsl vətənpərvər, vətəni, xalqı üçün əlindən gələni əsirgəməmişdir. Birinci Qarabağ müharibəsi dövründə 6 ay Göygöl rayonunun ərazisində yerləşən kəndləri ərzaq, neft, yanacaqla təmin və yardım etməklə əhalinin turdlarını tərk etməyə imkan verməmişdir.
Anası Əsgərova Nərminə Mikayıl qızı Kimya elmləri üzrə fəlsəfə doktorudur. Uzun müddət ATU-nin baş müəllimi vəzifəsində çalışımış, hal-hazırda dövlətini Almaniya Demokratik Respublikasında layiqincə təmsil etməkdədir.
Qardaşı Namiq İmamquliyev Ali təhsillidir, hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Övladı Musabəy İmamquliyev Həmzə oğlu Azərbaycan Turizm və Menecment Universitetinin məzunu oldu, hal-hazırda ADR Münhen şəhərində EU Business Universitetinin “Marketinq” fakultəsində magistr təhsili alır.
Qızı Nigar İmamquliyeva Biznes və Kooperasiya Universitetinin qiyabi şöbəsində “Turizm işinin təşkili” fakultəsinin 3-cü kurs tələbəsidir. GŞİH MKTİB-nin əməkdaşıdır.
Oğlu Ayxan İmamquliyev Həmzə oğlu bu ilin məzunu adını aldı. Türkiyə Atatürk Universitetinin “Dövlət və Bələdiyyə İdarəetmə” fakultəsinin tələbə adını qazanmışdır.
Əmisi oğlu  batalyon komandiri Elşən Zakir  oğlu Əsgərov 1992-ci ildə Birinci Qarabağ müharibəsində Ağdərə döyüşlərində öz batalyonunu mühasirədən xilas edərək, özü isə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.