Azərbaycanda növbəti torpaq hərracları elan edildi
16-noy, 11:57 21 Gündəmİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 19-da növbəti dəfə torpaq hərracları keçirəcək.
Qaynarinfo bu barədə quruma istinadən xəbər verir.
Bildirilib ki, hərraclar ƏMDX-nın Gəncə, Ucar, Bərdə, Xaçmaz, Cəlilabad və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.