Azərbaycan Estoniya ilə heç-heçə oynadı
17-noy, 11:19 22 Gündəm / İdmanAzərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.
Qaynarinfo xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
UEFA Millətlər Liqası C Liqası, 1-ci qrup
16 noyabr
V tur Azərbaycan - Estoniya 0:0 Azərbaycan: 23. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 11. Ramil Şeydaev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 20. Aleksey İsaev, 21. Abbas Hüseynov, 22. Musa Qurbanlı. Ehtiyat oyunçular: 1. Nicat Mehbaliyev, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. İsmayıl İbrahimli, 9. Nəriman Axundzadə, 10. Mustafa Əhmədzadə, 14. Zamiq Əliyev, 16. Səbuhi Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nacafov. Estoniya: 12. Karl Hayn, 4. Maykl Şönninq-Larsen, 5. Rokko Şayn, 8. Henri Anier, 11. Kevor Palumets, 13. Maksim Paskotsi, 16. Conas Tamm, 17. Martin Miller, 18. Karol Mets (k), 20. Markus Pum, 23. Vlasiy Sinyavski. Ehtiyat oyunçular: 1. Matvey İgonen, 22. Karl Volner, 2. Markus Soomets, 3. Cosef Saliste, 6. Rasmus Pitson, 7. Robi Saarma, 9. Yohan Yakovlev, 10. Sergey Zencov, 14. Patrik Kristal, 15. Aleks Tamm, 19. Maykl Lilander, 21. Martin Vetkal. Baş hakim: Con Biton (Şotlandiya). Qəbələ şəhər stadionu.