Fəxriyə Xələfova azərbaycanlı rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisidir. 2006-cı ildə əməkdar incəsənət xadimi seçilmişdir
30-noy, 02:50 250 Gündəm / CəmiyyətFəxriyə Xələfova yaşı
1969cu-il 31 dekabr tarixində Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur (52 yaşında). Fəxriyə Xələfova tanınmış Xələfbəyovlar nəslindəndir. Atası Rafiq Xələfov 1979-1989-cu illərdə Azərbaycan SSR-in Avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur. Anası Əliyeva Rəfiqə Əlirza qızı kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), “Şöhrət” ordeni laureatı, əməkdar elm xadimidir.
Fəxriyə Xələfova təhsili
İlkin təhsilini Bakı şəhəri 6 saylı orta məktəbdə almışdır. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin insan beyninin neyrofiziologiyası ixtisası üzrə təhsil almışdır. Daha sonra Elmlər Akademiyasında Psixologiya ixtisası üzrə aspirantura dərəcəsini bitirmişdir. Təhsilinə Türkiyədə davam etmiş və Xüsusi ali Bədii dizayn məktəbini bitirmişdir. Təşkil olunan bir sıra beynəlxalq müsabiqələrdə müxtəlif diplom və mükafatlara layiq görülmüşdür.
Fəxriyə Xələfova fəaliyyətləri
Moda sahəsində 1998-ci ildən peşəkar modelyer olaraq fəaliyyətinə davam edir. Modelyerin “Sirr”, “Neft ilahəsi”, “Ays”, “Ümid ritmləri” kimi kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. “EKSPO-2000” Ümumdünya sərgisində və bunun kimi bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyəti üzvü və sədri kimi iştirak etmişdir. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 2015-ci ildə Modelyer dosent elmi dərəcəsi verilmişdir. Hal-hazırda “Fakhriya Khalafova” Moda və dizayn mərkəzinə rəhbərlik edir.
2018-ci ildə Özbəkistan Respublikasına “Asiya, Afrika və Avropa ölkələri arasında Miss union fashion 2018” tədbiri çərçivəsində səfəri zamanı Özbəkistan Dövlət Tətbiqi İncəsənət Muzeyinə və Özbəkistan Dövlət Muzeyinə şəxsi kolleksiyasından olan özbəkistan ipəyindən hazırlanmış libasları hədiyyə etmişdir.
Allah Sizi Qorusun Dəyərli və Əziz İnsan Fəxriyyə Xanım.Hər Zaman Varolun.Hörmətlə Qeyd İctimai Birliyin Üzvü və Könüllüsü, İDEA İctimai Birliyin Könüllüsü, İrəli İctimai Birliyin Üzvü, Davam Gənclər Hərəkatının Diplomatiya Klubunun Üzvü, Böyük Qayıdış Gənclər Təşkilatın Könüllüsü, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyin Üzvü və Könüllüsü, Gənclər Və İdman Nazirliyin İdman Könüllüsü, Suraxanı Gənclər Evinin Üzvü, Sabunçu Gənclər Evinin Üzvü, Bakı Gənclər Mərkəzinin Tədbirlərində İştirakçı, Deputat Nigar Arpadarai Xanımın Tədbirlərində Könüllü, 1-ci Vitse Prezident Mehriban Xanım Əliyevanın Könüllülərində Könüllü, Azərbaycan Gənclik Platformasının Üzvü, Xətai Rayon İcra Hakimiyyətin Könüllüsü və YAP-ın Üzvü Fərid Şərifov