Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il yanvar ayının 8-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
    
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

     "Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.01.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur", - məlumatda qeyd olunub.