FENOMENLƏRİN AĞ YOLU
23-dek, 15:24 217 Gündəm / Siyasət / Cəmiyyət / SosialCənab Ali Baş Komandan
Müstəqil, suveren, demokratik, yeni Azərbaycan dövlətinin qurucusu və banisi, Dahi Şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan Yeni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq, diplomatik, siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edərək işğalda olan Qarabağ torpaqlarını azad edərək xalqımıza misli görünəməyən sevinc yaşadaraq 30 ilin həsrətinə son qoyub Azərbaycanımıza uğur, qalibiyyət və zəfər gətirdi. Qarabağımızın tacı Şuşada, qəsri qalada, xanqızı Natəvan yurdunda bahar tonqalı alovlandıran Ali Baş Komandan İlham Əliyev Bülbülün səsinə, Üzeyirin nəfəsinə, əsarətdən qurtulan Xarıbülbülümüzə azadlıq məşəlinin sönməzliyini gətirdi. Bu alovdan çıxan od qığılcımları Odlar Yurdu Azərbaycan haqqında məkirli niyyəti olan iri dövlətlərin arzularını külə çevirərək düşmənin sinəsinə dağ çəkən iki əsrin sərkərdəsi İlham Əliyev Qarabağ torpaqlarına yeni nəfəs gətirdi. Böyük Azərbaycan oğlu ölkə başçısı İlham Əliyevin Türk dünyasının Ali Ordeni ilə təltif olunması zəfər bayramında biz Azərbaycan xalqına sevinc, qürur gətirdi.
Hörmətli cənab Prezident!
Sizi ömrünüzün 60-cı baharı tamam olması münasibəti ilə ən xoş arzularla təbrik edir, ömür adlı həyat kitabınızın bundan sonrakı səhifələrini şərəfli ömür yolunuzu şad-xürrəm, sağlam yaşamaq İlahi varlıqdan nəsibiniz olsun. Milyonlarla Azərbaycan xalqına bəxş etdiyiniz qələbə sevincini Siz yaşatdığınız üçün biz milyonlarla Azərbaycan xalqı Sizinlə fəxr edir, qürur duyuruq.
Jalə Əliyeva
Millət Vəkili