“ŞUŞA İLİ” - ŞANLI SAVAŞ ŞÖLƏSI

("Şanlı Şuşa şöləsi" poemamdan)


Şanlı Şuşa - Zəfərimin haqq səsi,

Asimana bülənd olub şöləsi.

Fərəhimi zaman-zaman böləsi...

“Şuşa ili” -  “44 Gün” lük  sorağım!


İlim - Şuşa, dilim - Şuşa - fəxarət!

Şəhidlərin nəğməsinə  nəqarət,

Qazilərin  qayəsində şərafət …

“Şuşa ili” -  qeyrət rəmzim, bayrağım!


Böz illərin  nisgil gözü nəm çəkdi,

Qarabağın sinəsinə qəm əkdi...

Xilaskarla üzüm ağdı,  baş dikdi!

“Şuşa ili” - nur çohrəli torpağım.  


Qala qamət biçilidi boyuna,

Göz istəyir yaraşığa boylana,

Könül istər  bu işığa boyana...

“Şuşa ili” - əsrlərə   çırağım!


Azərbaycan, “Şuşa ili”n mübarək!

Xarıbülbül gülümsəyir mələktək.

Vəcdə gəlib   illah da ki ruh, ürək!

“ Şuşa ili” -   yağılara yarağım...  

Tapdıq ƏLİBƏYLİ