Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Green hands, green bags: daha yaşıl gələcək üçün” layihəsi yekunlaşıb.
11-mar, 20:05 31 Gündəm / Cəmiyyət / Təhsil
Qeyd edək ki, layihə çərçivəsində şagirdlərə 1 ay boyunca həftədə 2 dəfə 2 saat olmaqla ümumilikdə 16 saatlıq təlim keçirilərək onlara tikiş, boyama, bəzəmək kimi vərdişlər öyrədilib. Daha sonra şagirdlər tərəfindən 1 ay müddətində hazırlanan 100 eco bag marketlərdə vətəndaşlara paylanılıb.
Layihə Tərtər rayon 3 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Nigar Sultani tərəfindən həyata keçirilib.
Fərid




