Çətin ki, İcra Başçısı Abdin Fərzəliyev bundan sonra Masazır Bələdiyyəsinin sədri ilə işləsin – Gəlişmə
14-mar, 16:30 214 Gündəm / Cəmiyyət / SosialAbşeron rayonu, Masazır qəsəbəsində yaşayan sakinlər ərazidəki vəziyyətdən şikayətçidirlər. Belə ki, sözügedən ərazidə zibillərin vaxtında yığılmaması xoşagəlməz mənzərə yaradıb.Sakinlər acınacaqlı durum qarşısında əlacsız qalaraq zibilləri məftillər vasitəsi ilə hasardan asmağa məcbur olurlar. Zibillərin toplanması üçün Masazır bələdiyyəsinə pul ödədiklərini bildirən sakinlər tullantı qablarının arasındakı məsafənin uzun olduğunu söyləyirlər.
Masazır bələdiyyəsində problemlər bununla bitmir. Belə ki, Masazır bələdiyyəsinin sədri Fətullayev Rüfət rüşvətə elə qurşanıb ki, çəkinmədən torpağın sənədini imzalamağ üçün vətəndaşdan 1000-1500 manat rüşvət tələb edir. Bir sözlə, bələdiyyə sədrinin möhür və tədbiq etdiyi məzəndə ilə hesablanır.
Xəbəral.az – a verilən məlumatda bildirilir ki, Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev vətəndaşların etibarından sui istifadə edərək onlara küllü miqdarda pul atır.
Necə deyirlər? “Gələn gedənə rəhmət oxutdurur”
Belə ki, Masazır qəsəbəsində torpaq vəəd edən bələdiyyə sədri sonradan qeybə çəkilir. Zəng edənlərə deyir ki, İcra Hakimiyyətində “tədbirdəyəm”
Nəzərinizə çatdıraq ki, Abşeron rayon Masazır bələdiyyəsi respublikada ən böyük bələdiyyələrdən biridir.
Bir faktı nəzərinizə çatdıraq ki, Rüfət Fətullayev özünmüdafiə taktikasından istifadə etməyə çalışır. Mənbəmiz iddia edir ki, vətəndaşlardan əldə etdiyi gəlirdən eks icra başıçısına da görüm baxım edirmiş.Deyilənə görə bələdiyyə sədri Abşeron Rayonun eks icra başçısı İradə Gülməmmədovaya haqq verirmiş.
Bizə elə gəlir ki, Abşeron icra hakimiyyətinə yeni təyin olunmuş icra başçısı Abdin Fərzəliyev daha təcrübəli, daha iş güzar olduğundan, çətin ki, Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayevlə işləsin.
Xəbəral.az xəbər verir ki, artıq icra başçısı Abdin Fərzəliyev eks başçı İradə Gülməmmədovanın kadrlarını işdən azad edərək kadr islahatlarına start verib.
Mövzuya qayıdacağıq…
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Xəbəral.az