AFFA danışılmış oyunlara və qeyri-etik davranışlara görə cəzaları sərtləşdirəcək


                Danışılmış oyunlardan başqa, futbol ailəsinə yaraşmayan qeyri-etik davranışlara görə daha sərt cəzalar veriləcək.
     "Report"un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf milli assosiasiyanın Hesabat Konfransında deyib.
 

     O, bu barədə İcraiyyə Komitəsində müzakirə aparılacağını diqqətə çatdırıb:

     "İdman prinsiplərinə zidd olan hərəkətlərin qarşısını almalıyıq".