15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür
15-iyn, 13:48 186 Gündəm / Siyasət / CəmiyyətXalqımız illərlə arzusunda olduğu və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikanı hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya bürümüşdü. Müqəddəs və əzəli torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daim xalqının ən ağır günündə onun imdadına yetişən əbədiyaşar lider, Türk dünyasının böyük oğlu Heydər Əliyev Bakıda 1990-cı ilin qanlı 20 Yanvar hadisələri baş verdiyi ilk dəfə olaraq bu zülmə qarşı etiraz səsini ucaltdı. Doğma Vətəninə qayıdan Ümummilli Lider həmin dövrdə ağır iqtisadi-sosial problemlərlə üzləşən muxtar respublikada qısa müddətdə iqtisadi sabitlik yarada bildi. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər. Ümummilli Lider yaranmış çətin anda dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi ictimai-siyasi böhrandan və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu və böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Azərbaycanın müasir tarixində ən uğurlu mərhələ başladı. Azərbaycanın yeni tarixində dönüş başladı və bu tarix sözün həqiqi mənasında xalqımızın qurtuluşunun başlanğıcı oldu. Bu qayıdışla milli dövlətçiliyimiz məhv olmaqdan qurtuldu. Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə xidmət edən müstəsna addımlar atdı.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dəfələrlə xarici və daxili düşmənlərimiz tərəfindən dövlət çevrilişlərinə cəhdlər olunsa da, Heydər Əliyev bu cəhdlərin qan tökülmədən, müdrik və uzaqgörən, real, təmkinli və inamlı siyasəti ilə qarşısını aldı, vəziyyəti xalqın xeyrinə dəyişdi. Ulu Öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu. Azərbaycanı inkişaf edən, tənəzzüldən tərəqqiyə, vətəndaş müharibəsi astanasında olan ölkədən güclü vətəndaş həmrəyliyinin formalaşdığı diyara çevirdi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli liderimiz qısa zamanda demokratik əsaslara malik dövlət qurmaqla, misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu ilə tariximizin parlaq səhifələrini yazdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparıldı.
Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması, şəffaf məhkəmə-hüquq fəaliyyətinin formalaşması, neft strategiyasının yaradılması və həyata keçirilməsi yolunda atılan mühüm addımlar respublikamızda hərtərəfli inkişafın təməli oldu. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd–yuva həsrətinə son qoydu. Bu gün həmin ərazilərdə bərpa–quruculuq işləri sürətlə davam edir, yeni infrastruktur yaradılır. Ölkədə bütün sahələrdə davamlı inkişaf təmin olunub.
Xüsusi vurğulamaq lazımdır ki, bütün bu nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövrdə möhtəşəm iqtisadi uğurlara imza atılıb. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edib. Ümummilli lider Heydər Əliyevin davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
İllər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq.
Dahi öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun - Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunacaq.
Əziz xalqımız Milli Qurtuluş Günü münasibəti ilə sizi təbrik edirəm.
Asim Həsənov
Gəncə şəhər vətənpərvər və xeyriyyəçi iş adamı