Polkovnikin ciddi müalicəyə ehtiyacı var


32 il öncə, 1990-cı ilin 30 noyabrda XTMD-də 1-ci bölüyün komandiri vəzifəsində xidmət edən kapitan Elmar Hüseynov 24 nəfərlik qrupla Xocalı aeroportuna xidmətə avtobusa gedərkən mənfur düşmənlər Xankəndi yaxınlığında onlara pusqu qurdular və yolu partlatdılar.

Avtobus minanın üstündən keçəndə 2 güclü partlayış oldu.


Kapitan Elmar Hüseynov və 24 nəfərlik heyət ağır xəsarətlər aldılar.

Düşmən bir neçə istiqamətdən avtobusu intensiv atəşə tutdu. Döyüşçülər ağır xəsarətlər almalarına baxmayaraq düşmənin hücumunu dəf etdilər. Veteranlarımız aldıqları ağrı-acıdan, xəsarətlərdən, kontuziyadan bu gün də əziyyət çəkirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri ehtiyatda olan polkovnik, «Azərbaycan Bayrağı» ordenli Elmar Hüseynovun gözündə böyük problemlər yaranıb, sağ gözün tam tutulmaq ehtimalı var.
«Badam» Medical Centrin Rəhbərliyi, Tibb üzrə fəlsəfə doktoru cərrah-oftamoloq Leyla xanım Qəhrəmanova, tibb bacısı Sitarə Alıyeva çox böyük diqqət və qayğı ilə veteranımızı intensiv müalicə edirlər və yaxın günlərdə cərrahi əməliyyata hazırlayırlar.

Əməliyyatı ehtiyatda olan hərbi-cərrah, oftamoliq Anar Rəhimovun etməsi planlaşdırılır.
Ümüd edirik ki, bacarıqlı və savadlı həkimlərimiz gərgin əməyvi sayəsində veteranımızın gözünü tam müalicə edəcəklər.

Həkimlərimizə uğurlar diləyir və döyüşçü qardaşımıza Allah şəfa versin və dualarımız sizinlədir, cənab polkovnik!

Nurlan Məmmədli