Qaydaları pozdu, qəza törətdi, müdirdən 500 manat rüşvət tələb etdi

Qaydaları pozdu, qəza törətdi, müdirdən 500 manat  rüşvət tələb etdi
Yol hərəkət qaydalarına əməl etməyib yüksək sürətlə  yaşayış  massivində  hərəkət edərkən idarə ediyi avtomobili əzən  şəxs yola nəzarət edən 19 saylı Yol İstismar İdarəsinin rəhbərliyini şantaj edib, hədə-qorxu yolu ilə pul  tələb ediblər.  Bildirib ki, əgər onun dediyi məbləğ verilməsə onları mediada və sosial şəbəkədə biabır edəcək. Guya ki,  hadisə yol istismar idarəsinin  yola yaxşı nəzarət  və  vaxtında təmir etməməsi  səbəbindən baş verib.
Amma reallıqlar tamam bir mənzərini ortaya çıxarır.  Belə ki, son vaxtlarda yağan intensiv yağışlar nəticəsində adı çəkilən yolda çatlar və çöküntü yaranıb.  Yola nəzarət edən  Şamaxı rayonu 19 saylı Yol İstismar İdarəsi Şamaxı-Cabanı yolunu Nəsimi qəsəbəsinin girişində   yolda  xəbərdarlıq  nişanı qoyulub.  Digər tərəfdən isə yaşayış massivində hərəkət sürəti  və digər nişanlar mövcuddur. Lakin nədənsə   Əhəd adlı  şəxs  yol hərəkət qaydalarına əməl etmədən idarə etdiyi avtomobili   yüksək sürətlə sürmələri nəticəsində əzib. Əgər adı şəkilən şəxslər yol-hərəkət qaydalarına və yoldakı xəbərdarlıq nişanlarına uyğun hərəkət edib avtomobili idarə etsəydilər  belə bir  halla qarşılaşmazdı.  Çünki yolda sürət 50 km/saat göstərilir və belə sürətlə hərəkət edən avtomili istənilən üzləşilən təhlükədən sovuşdurmaq mümkündür.
Kənd sakini və 19 saylı Yol İstismar İdarəsinin əməkdaşı Vəliyev Fəxri  deyilənləri təkzib edərək  həmin ərazidə belə bir hadisənin baş vermədiyini bildirib. Onun sözlərinə görə, əgər belə bir hadisə baş versəydi xəbərim olardı.  “Onun dedikləri tamamilə yalan və qərəzədn başqa bir şey deyil. Sifarişlə edirlər.  Əsas məqsədləri  şantaj yolu ilə rəhbərlikdən pul ummaqdır”, - o qeyd edib.
O əlavə edib ki, kəndin girişində sürət həddi göstərilib, digər tərəfdən isə  yolun bağlı olması və çöküntü olan yerdə də  xəbərdarlıq məlumatı olub: “Lakin  bu şəxs həmin xəbərdarlıq  nişanlarını də qsədən götürüb yolun kənarına atıb. Bir daha qeyd edirəm ki, onun məqsədi də bəllidir”.
19 saylı Yol İstismar İdarəsinin  müdiri Nazim Eynallı Əhəd adlı şəxsə şikayəti ilə bağlı hüquqi müstəvidə həll olunması üçün  məhkəməyə müraciət etmələrini təklif edib,  amma  qarşı tərəf  belə bir təkliflə razılşamayaraq  pul tələb edib.
Hadisəni mediada və sosial şəbəkədə işıqlandıran “Kanal33”ün əməkdaşı Rövşən Cəbiyev  qarşı tərəfin mövqeyini öyrənmədən qərəzli və  birtərəfli qaydada  mətbuatda və sosial şəbəkədə işıqlandırıb. Əgər Rövşən Cəbiyev özünü həqiqətin və ədalətin tərəfdarı kimi göstərmək istəyirdisə, o zaman  qarşı tərəfin də mövqeyini öyrənib verməli idi.  Lakin o nədənsə və nə səbəbdənsə bunu etməyib. Bəs, o zaman onun məqsədi nə olub sualı ortaya çıxır…
Bu hadisədən sonra isə 19 saylı  Yol İstismar İdarəsinin müdiri Eynallı Nazim Hüseyn oğlu pəsmi şəkildə polisə şikayət ərizəsi  ilə müraciət edib.
Onu da qeyd edək ki,  artıq  yolun həmin ərazisi təmir edilib.



www.AzadMedia.az