Qəhrəman şəhidimizin adına Xətai rayonunda küçə verildi
02-avq, 20:54 201 Gündəm / Cəmiyyət / Sosial
2-ci Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhidin ailə üzvləri, dostları, Xətai rayon İcra hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, sədr müavinnləri Vahid Əbdurəhmanov, İslam Səfərov, AVMVİB NTK sədri Niyazi Quliyev, şöbə sədrləri Mərdan Ələsgərov, Azad Musayev, Elmar Hüseynov və müharibə veteranı Vidadi Ağagülov iştirak etdilər.
Hərbi orkestr Azərbaycanın Dövlət Himnini səsləndirdi.
Şəhidin ruhuna dualar oxundu. Məzarı üzərinə gül çələngləri düzüldü. Bakı şəhəri İcra Hakimiyyətinin qərarı ilə Xətai rayonu Əhmədli qəsəbəsində şəhid kapitan Həmid Cəfərlinin adına verilən küçədə təntənəli şəraitdə divara göstərici lövhə vuruldu.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təhsil - Səhiyyə
daha çoxprev
next