Yaşadan yaşayır


Dəyişən dünyanın dəyişməz insanları silsiləsindən...


Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü  prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər  müqabilində qiymət verilir.

Yazımın əvvəlində tanınmış iş qadını, ictimai xadim Lətifə Əhmədovanın çətin, keşməkeşli, ancaq şərəfli və ləyaqətli ömür hekayəsinin proloqunu verdik!

Lətifə  xanımın  ömür yolunu  arayıb-araşdırdıqda bir nəticəyə gəlirik, bu böyük  qadın  zəhmətlə  xoşbəxt olan insanlar sırasındadı. Bu gün müasir Azərbayçan qadını obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edənlərdən biridi Lətifə Əhmədova.

Nümunəvi ana, nənə, həyat yoldaşı, təəssüfkeş vətəndaş və işgüzar, istehsalatçı xanım. İnsanın  bütövlüyü, əslində bu  amillərdən biri  çatmayanda nəsə yarımçıq görünür, böyük  uğurlara imza atmaq üçün hər bir fərd ilk növbədə islahatı  özündən və ailəsindən başlamalıdı! Ailə böyük məvhumdu, hər bir uğurlu insanın  (istər kişi, istər qadın)  arxasında   təmiz, sevən, hörmət edən ailə dayanmalıdı. 


Bu sevgidən hamı öz payını götürür.


Lətifə xanım lap əvvəldən bu mental, mənəvi dəyərləri qoruyaraq iş həyatında silsilə uğurlara imza atmışdır. Lətifə Əhmədovanın həyatının istiqamətləndirici  qüvvəsi  onun içində olan böyük Sevgisidir. Bu sevgi bir günəş kimi hamıya bəs edir. Doğmalara da, ətrafa da. Bu xüsusiyyət isə öz gücünə, qüvvəsinə inanan insanlara xasdır və hər şey  bu daxildəki sevgidən pöhrələnir.

Zahirən ciddi, yaxın olduqca daxilində pozitiv daşıyan bir xanım əfəndi. Həm zəhmli, həm kövrək, həm ciddi, həm zarafatcıl. Bir iş adamı olaraq fəaliyyəti ondan ciddilik, dayanıqlılıq tələb edir. Bu isə birmənalıdır. Lakin bu iş adamı həm qadındır,  həm anadır, həm həyat yoldaşıdı, həm vətəndaş... Onun ən incə tərəfi, uğurlarının nüvəsi isə yaxşı, nümunəvi ailəsinin olmağındadı. Bu isə lətifə Əhmədovanın uğurlu yolunun stimulverici qüvvəsidi. Ailəsindən, ağıllı övladlarından, nəvələrinin müvəffəqiyyətlərindən danışdıqca onun çöhrəsində qəribə bir işıq, nur  yaranır, bu qəlbi sevgi ilə dolu olan ananın, nənənin nurudu. Hər bir uğurlu insanın əməlinin bünövrəsində sevgi durmalıdı, yenə təkrar edirəm bu ifadəmi.  Vətənə sevgi, millətinə sevgi, doğmalarına sevgi, xalqına və millətinə Sevgi... Lətifə xanım həm də təəssüfkeş vətəndaşdı. Onun Qarabağ müharibəsində göstərdiyi xidmətlər bir insan kimi savabına yazıldı. Cəbhə bölgələrinə göndərdiyi yardımlar, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı qəhrəman oğullara bu günədək  göstərdiyi ana qayğısı  və diqqəti... O qəhraman oğlanlar ona mənəvi ana kimi baxırlar.

Qəlb sevindirmək tanrının qoyduğu ilahi qanunlardan biridi. Lətifə xanım qəlb sevindirir, yaxşılıq edir, səxavətindən, həm sevgi, həm maddi hamıya pay ayırır.

Kamil, mükəmməl insanın məqsədi özünə şöhrət qazanmaqda deyil,ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədi. Bu Lətifə Əhmədovanın həyat devizidi. O deyir “Maddi cəhətdən varlı ola bilərsən, çalış mənəvi cəhətdən zəngin ol! Bu isə çox zaman çətin alınır!”. 

O, həmdə işgüzar xanımdı...


Lətifə Əhmədova Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyası idarə heyətinin üzvüdü. Mənə elə gəlir ki, bu gün qadın sahibkarlığının inkişafında Lətifə Əhmədovanın-iş adamı kimi zəngin təcrübəsindən yararlanaraq  çox  uğura  sahib olmaq olar. İllərin təcrübəsi hər sahədə öz sözünü deyən amillərdən birincisidi.

Lətifə xanım həm də bir sədaqət nümunəsidi. Vətəninə, xalqına, ailəsinə, öz fəaliyyətinə sədaqət onun daha əzmlı, daha iradəli, daha xoşxasiyyətli, daha əyilməz olmasından xəbər verir! Bu xarakter isə bir dünyaya sahib olmaq deməkdi. Onun böyük dünyası hamını tutur, hamıya yer ayırır bu kiçik və həm də çox böyük qəlb dünyasında.

Bu dəyişən dünyada dəyişməz qalmaq, bəşəri  tanrıları (sevginı, namusu, ləyaqəti, bütövlüyü) şəxsiyyətində yaşatmaq qüdrətində olanlar, Allaha itirdikləri, qazandıqları müqabilində minnətdar olanlar, tanrı xeyir-duasından keçənlərdir. Büdrəsələr belə silkinib, durub addımlayanları sevir Allah! Lətifə Əhmədova bu sevgini, xeyir-duanı, savabı  öz əzmi, mətanəti ilə qazananlardandı. Gül-çiçəyə qərq olmuş yolla şöhrətə, uğura çatanlardan olmadığına görə bu sevgiyə layiq bilinənlərdən, ödüllənənlərdən, seçilmişlərdəndi. Məqsədləri böyük olanların hərfi mənada özü də böyük olur; sevgisi də, qəlbi də, daxili də böyük olur. Bu böyüklük isə böyük dünyanı bir ovcunda saxlamaq qüvvəsidi, layiqli insan Lətifə Əhmədova kimi...

Xoşbəxtlik  geniş və çoxmənalı məfhumdu, xoşbəxt olmaq üçün nə böyük  titullara,  qondarma, ritorik mükafatlara, təriflərə  sahib olmaq lazım deyil, xoşbəxtlik  qapımızı  əslində  hər gün döyür, təssüf ki, çoxumuz evdə olmuruq... Xoşbəxt olmaq istəyirsənsə, əvvəl özünü tanımalısan, bütün arzular, diləklər bundan sonra öz yerini tutmağa başlayır!

Yaşamaq tərzini bilən insan xoşbəxtliyini əldə edən elə kamil insandı. Lətifə Əhmədova hər gün bu xoşbəxtliyi qapısından içəri buraxan ləyaqət, iradə sahibidi. Nəvələri Fidanın, kiçik Tunarın idmanda  olan  uğurlarına xoşbəxtlik budu deyib xoşbəxt olanlardandı. Nəvəsi Fidanın idman yarışlarındakı qalibiyyətindən sövglə, fəxrlə danışır, Qarabağ  müharibələrində igidlik göstərən mərd oğullarımızın ona bir ana kimi məhəbbətlə, ərklə yanaşmalarından sevinclə, qürurla danışır. İnsan öz əkdiyini biçir, sevgi, məhəbbət paylayır ətrafa. Nəticədə o sevgini geri alır. Xoşbəxtlik budu, Allahın altında etdiklərinə Allahın cavabı birdi, sevgi və Allah xeyir duası, sağlığında qazanılan savab! O, narahat vətəndaşdı pandemiyanın cərəyan etdiyi ilk dönəmlərdə 200 dən çox insana həm maddi, həm mənəvi kömək əlini uzatdı.

Bu bəla ilə mübarizə edən fədakar insanlar sırasında seçilənlərdən biri oldu. Bu gün onun zəhməti həm də dövlət tərəfindən öz mükafatını tapıb, Lətifə Əhmədova prezident İlham Əliyevin sərəncamı ilə ,,Tərəqqi medalına layiq görülüb”.

Lətifə xanımın hər istiqamətdə göstərdiyi nümunəvi ağbirçəklik missiyası bu gün öz nəticəsini göstərməkdədi. Azərbaycan üçün yararlı gənclik, nəsil yetişir bu ocağda, nəvələri Fidan Qasımova və Tunar Şirinli idmanının müxtəlif növlərində vətənə mükafatlar gətirməkdədilər. Fidan cüdo üzrə  yeniyetmələr arasında gedən yarışların qalibidi. Kiev, Sank-Peterburq şəhərlərində, Türkiyə, İsapaniya, Gürcüstan dövlətlərində keçirilən turnirlərin iştirakçısı və mükafatcısıdı, Onun müvəffəqiyyətə bağlı göstəriciləri gələcəkdə bayrağımızı bir qalib idmançı kimi çox ölkələrdə yüksəldəcəyinin göstəricisidi, hal hazırda Cudo üzrə milli komandanın üzvüdü.

Kiçik Tunara gəlincə, Sumqayıt Mehdi Hüseynzadə adına futbol klubunun balaca bombordiridi. Yaşının azlığına baxmayaraq Azərbaycan futbolunun inkşafına çox böyük töhvələr verəcəyini proqnozlaşdırır məşqçilər.

P.S. Bir qadın plan qurarsa, o, həyatın məsuliyyətini hiss edir, öz məsuliyyətini dərk edir bu həyat qarşısında, bu bir güclü qadının öz xoşbəxtliyinə, uğuruna doğru əzmlə, inamla irəliləməsi deməkdi, güclü və qüdrətli qadın! Uğur belə qadınların ayağına özü gəlir, Lətifə Əhmədova timsalında...




Hörmətlə : Hürü Hacızadə.                       

Yazıçı-publisist.

                                 

Fərid Faiqoğlu

AJB-nin üzvü




LƏTİFƏ ƏHMƏDOVA – 60

Əzizimiz Lətifə xanım!

Arzular açsın çiçək, 
Yarpağı ləçək-ləçək,
Sizin Lətifə xanım,
Ad gününz mübarək!

         Siz, hamının dostu, arxası, köməkdarı, himayədarı olmaqla yanaşı, nümunəvi ana, həyat yoldaşı, qayğıkeş nənə, səriştəli peşəkar, istehsalçı - iş xanımı olmaqla yanaşı, həmdə vətənpərvərsiniz. Bu sübutdur ki, siz həmişə ehtiyacı olanların, tənhaların, xəstələrin inam və istinad yerisiniz. Siz çox şəhid, qazi ailələrinin qayğkeşisiniz. Bu da böyük sübutdur ki, 44 günlük vətən müharibəsində qəhrəman oğullarımıza öz ana diqqətinizi və qayğınızı ləyaqətlə sərgilədiniz. Bu gün də onların yanındasınız. Həyat Sizi heç dəyişdirmədi. Bu mətanətinizə görə Sizə minnətdarıq. Lətifə xanım çox saq olun ki, beləsiniz, sadə, səmimi, qayğıkeş... Ləyaqətinizə görə, dəyanətinizə görə, mətanətinizə görə, çoxşaxəli sevginizə görə Sizə minnətdarıq. Sizin kimi yaxşıların çiyinlərində bərqərardı bu dünya. Yoxsa məhvərindən qopardı. 
        Sizi “Siyasət və Gerçək Uğur” jurnalı və “Xezertv.info” informasiya agentliyinin böyük ailəsi, başda Millət Vəkilimiz Nizami Cəfərov və professor Asim Səfərov olmaqla ürəkdən təbrik edirik. Siz, hamının arzularının çin olmasında köməkçisiniz. Bir ana, bir nənə kimi ürəyinizdə olan bütün arzular Allahın köməkliyi ilə çin olsun.