Paşinyan: Bu sammitin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram


Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayır.
     "Report”un məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "X” sosial şəbəkəsində yazıb.
 
    Ətraflı 
Ads by  0 Reklamınızı SmartBee ilə effektiv edin.
 
 

     "Mən "Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - o vurğulayıb.

     Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta "X” sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə "Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib.