İşıqlı əməllər sahibi: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
25-avq, 15:48 173 Gündəm / Cəmiyyət / SosialDüşünürəm ki, Mehriban Əliyevanın irimiqyaslı fəaliyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri - layihələri, proqramları bir məqalədə nə saymaqla, nə də yazmaqla başa çatdırmaq mümkün deyil. Biz sadəcə, xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə, onun rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük ürək sahibinin canfəşanlıqla çalışmalarından, uğurlarından riqqətə gələrək haqqında söz deməyə ruhlanırıq. Əslində bu cəsarət milli dəyərlərə yeni ənənələr qazandıran, xalqa xidmət edən şəxsiyyətə sonsuz sayğılarımızı bildirmək istəyimizdən irəli gəlir. Xalq el üçün yanan, millətin balalarından yana, vətənin sabahı naminə çalışanları, həyatda izini qoyanları sevir, ona ehtiramını bildirir. Mehriban Əliyeva böyük mənada xalqın elçisidir. Təbii ki, Onun işıqlı əməllərindən əxz etdiyimiz ibrətamizliyi, mənəvi keyfiyyətləri formalaşdıran amillər var və bunlar yeniyetmə çağlarından xarakterində zaman-zaman formalaşaraq Onun həqiqi obrazına bir mükəmməllik gətirmişdir. Bu, əsillikdir. Əsillik də, nəcabət də ailədən - kökdən, nəsildən gəlir. Yüksək mədəniyyətin, ziyalılığın, kübarlığın mayası gendən, damarlarda axan qandan yaranır. Bunların birgəliyi qeyd etdiyimiz keyfiyyətlərin qəhrəmanımızda olduğunu aşkar edir. Bu doğallıq Azərbaycanın birinci - bir inci xanımı Mehriban Əliyevanın timsalında, ailədə ağıllı qadın və həyat yoldaşı, məsləkdaş, ana kimi, ölkənin Birinci xanımının şəxsiyyətində böyük məna kəsb edir. Ana adına, haqqına sahib olaraq ailə-cəmiyyət üçün layiqli övladlar tərbiyə edib yetişdirmək qadın üçün böyük şərəfdir. Mənsub olduğun xalqın mənəvi anası, dayağı, ümid yeri olmaq daha məsuliyyətli, daha şərəflidir. Necə böyük ürəyə sahib olasan ki, Tanrının sənə həvalə etdiyi bu missiyanı yorulmadan, məhəbbətlə, mərdanə daşıya biləsən, üstəlik bu imkandan yararlanaraq vətən və xalq üçün çalışmaların yeni yollarını arayasan...
Birinci xanım statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı, əlbəttə, onun milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. O, Birinci xanım statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi. Burda Mehriban xanımın bu şərəfli ada münasibətini bildirdiyi açıqlamasındakı bir fikrini xatırlamaya bilmirəm: “Mən Birinci xanım olmağımı, ilk növbədə insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”...
Onun ictimai fəaliyyətə qoşulduğu zaman Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə yaradılan və müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən onun üzvü olaraq vətənin çiçəklənməsi, xalqın milli təfəkkürünün yenilənməsi, insanların yeni güc, qüvvə ilə təkmilləşməsi, müasir cəmiyyət qurulması prosesinin fəal iştirakçısına çevrildi. Cəmi 28 yaşlı gənc qadın, vətən sevdalı xanım ölkədə gedən yeni təkamül prosesinin çətinliklərindən qorxmadan, fədakarlıqla ictimai-mədəni mübarizələrə qoşularaq, çox keçmədən onun mərkəzində oldu. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda xalqı qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun tarixi, mübarizliyi, qüdrəti ilə yanaşı mədəniyyəti, milli-mənəvi dəyərləridir.
Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti kimi çətin vəzifələrin məsuliyyətini öhdəsinə alaraq bütün işlərin ibtidasından başlayıb yorulmadan, əzmlə çalışdı. Unudulmuş, yaddan çıxmış sahələri köhnəlikdən, passivlikdən çıxararaq onlara yeni ictimai məzmun verən qlobal işlər gördü. Ölkəyə misilsiz nailiyyətlər qazandırdı. Mehriban xanım Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtmaqdan, təbliğ etməkdən ötrü həm də “İrs” jurnalını təsis etməklə bu sahədə görüləsi işlərə yeni və maraqlı aspektdən də diqqət yetirdi. Bütün çalışmaların mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbacan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bu günkü inkişafına təkan vermək amalı dayanırdı, və tale onun çiyninə daha məsuliyyətli, ağır bir yük qoydu. 2004-cü il mayın 10-da, ulu öndər Heydər Əliyevin doğum günündə təsis olunmuş Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başladı. Fondun qarşıya qoyduğu məqsədlərlə tanış olanda Birinci xanımın fəaliyyətinin əhatəsi insanı heyrətləndirir. Bu məqsəd “...milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”.
Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Ağlına, zəkasına görə də Onu başqa dövlətlərdə də tanıyır və hörmət edirlər. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir, O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının - ölkənin Birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.
“Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpası”, dünyada doğmaların qayğısından, himayəsindən məhrum olan uşaqlara mərhəmət göstərmək çağırışı ilə əməli işlər görmək vəzifələri də Mehriban xanımın genişəhatəli fəaliyyəti sırasındadır. Bu yerdə beynəlxalq tədbirlərin birində bununla bağlı etdiyi çıxışında belə bir fikri diqqətimi cəlb etdi: “Milyonlarla uşaq mütləq dilənçilik şəraitində yaşayır, xroniki olaraq doyunca qidalanmır, böyüməkdən və inkişafdan geri qalır. Bu uşaqların təhsil almaq imkanı, təhsillərinin səviyyəsi son dərəcə aşağıdır. Bu gün həmin uşaqlar bizim köməyimizə möhtacdır. Onları aclıqdan, xəstəliklərdən, müharibələrdən və münaqişələrdən, böyüklərin laqeydliyindən qorumaq lazımdır”. Birinci xanımın ürək ağrısı, qəlb çırpıntısı ilə dediyi bu sözlərdən kövrəlməmək, köməksiz, günahsız körpələrə bəslədiyi rəğbəti duymamaq mümkün deyil.
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanım ora nəzər yetirməsin, qayğısını göstərməsin. Xalqın sosial-mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq, gəncliyə yol açmaq, onları vətənpərvər ruhda tərbiyə etmək - budur Mehriban xanımın istəyi. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, onunla ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanların böyük xoşbəxtliyidir. Vaxtilə ailə həyatı quranda ilk baxışdan bu incəlikləri görən, duyan həyat yoldaşı İlham Əliyevin də qəlbində ülvi duyğular yaradan da, yəqin ki, əsasən bu keyfiyyətlər olmuşdur. Qadına zinət verən bu xüsusiyyətlər ailədə birliyin, bağlılığın və mədəniyyətin başlıca meyarıdır.
Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın, Azərbaycanın füsunkar Ledisinin beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın adını çəkməyi, xatırlatmağı vacib sayıram. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı iki il yarımda çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi. Bu mükafat da Onun halal haqqı idi.
Məlumdur ki, hər bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının olması bu birliyə bütövlük gətirir. Böyük missiya daşıyan tərəflər üçün bu tamlığın olması xüsusilə zəruridir. Bu mənada ölkənin və xalqın taleyi Prezident İlham Əliyev və onun füsunkar xanımı Mehriban Əliyevanın güclü, qətiyyətli fəaliyyətinə bağlıdır. Bu gücə dayaq olan da məhz xalqdır. Xalqla hakimiyyətin birliyi Azərbaycanın gələcəyinin qarantıdır.
Mehriban Əliyevanın işgüzar həyatı sanki baharda səhərçağı yaz yağışından sonra doğan günəşin şəfəqlərində özünün fəlsəfi rəmzləri ilə nəzərləri çəkən bir mənzərəni xatırladır. Bu mənzərəyə - müdrikanə ömür yoluna nəzər salmaq, xeyirxah əməllərin saldığı naxışları görmək olduqca xoşdur.
Mehriban Əliyeva bütün hallarda - xoş məqamlarda, çətin və mürəkkəb situasiyalarda belə dəyişməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər zaman və hər yerdə özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci timsalında Birinci xanımdır...
Kollektivimiz adından alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirik. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanım Əliyevaya can sağlığı, ailə səadəti, işlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq.
Vasif Əmirov
Neft Kəmərləri İdarəsinin rəisi